Səbail rayonunda 28 min nəfər tibbi müayinədən keçib
Tarix: 14.03.2014 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Əhalinin sağlamlığını hər zaman diqqətdə saxlayan Prezident İlham Əliyevin imzaladığı dövlət proqramları və sərəncamlara əsasən müxtəlif profilli səhiyyə müəssisələrinin tikintisi və əsaslı təmir olunması, bu tibb ocaqlarının ən müasir avadanlıqlarla təchizatı işləri uğurla aparılır. Bu işlər Bakının Səbail rayonunda da böyük vüsət alıb. Rayonda fəaliyyət göstərən 25 tibb müəssisəsinin əksəriyyəti əsaslı təmir olunub. Təkcə son iki il ərzində rayonda Milli Təhlükəsizlik Nazirliyinin yeni hərbi hospitalı istifadəyə verilib, 1, 2, 15, 33 nömrəli şəhər poliklinikaları, 3 nömrəli vərəm əleyhinə dispanser, 3 nömrəli təcili tibbi yardım stansiyası əsaslı təmir olunub, yeni açılan 19 nömrəli köməkçi təcili yardım stansiyası bütün zəruri avadanlıqlarla təchiz olunub.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq fevralın 17-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsi aksiyası respublikamızın bütün bölgələrində olduğu kimi, Səbail rayonunda da uğurla aparılır.
Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb, xüsusi qrafiklər tərtib olunub. Rayonda, onun qəsəbə və yaşayış sahələrində aksiya ilə bağlı əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirib ki, tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün 1 və 2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 nömrəli şəhər poliklinikalarında bütün lazımi şərait yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunub. Fevralın 17-dən etibarən artıq rayon üzrə 28 min nəfər sakinin müayinələrdən keçməsi təmin olunub.
33 nömrəli şəhər poliklinikasının şöbə müdiri Afət Qədirova çalışdığı tibb müəssisəsinin əsas binasının və poliklinikanın 20-ci yaşayış sahəsindəki 1 nömrəli şöbəsinin keçən il Dövlət Proqramına uyğun olaraq əsaslı təmirdən çıxdığını və ən müasir tibbi avadanlıqlarla təchiz edildiyini deyib. Bildirib ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Rayon sakinləri poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq ediblər. Müayinədən keçən vətəndaşlar onların sağlamlıqlarının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info