“Azərbaycan müstəqil dövlət kimi özünü dünyanın siyasi arenasında təsdiq edə bilib” [Yenilənib]
Tarix: 14.03.2014 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Martın 14-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Seyşel Adaları Respublikasının keçmiş Prezidenti Sir Riçard Mançam ilə görüşüb.
Qonağı ikinci dəfə Bakıda görməkdən məmnun olduğunu bildirən Əli Əhmədov onun Azərbaycana bəslədiyi xoş münasibətin ölkəmizdə yüksək qiymətləndirildiyini söyləyib.
Baş nazirin müavini qonağa Azərbaycan haqqında ətraflı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar öz nəticəsini verib və Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Neft gəlirlərinin səmərəli istifadəsi Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verib. Hazırda bir çox dünya dövlətləri iqtisadi böhrandan əziyyət çəkdiyi halda Azərbaycan dinamik şəkildə inkişaf edir.
Səmimi görüşə görə minnətdarlığını bildirən Sir Riçard Mançam deyib ki, vaxtilə dünya iki qütbə bölünüb. Qərb ölkələrinin və bu ölkələrlə əlaqədə olan dövlətlərin, o cümlədən Seyşel Adaları Respublikası ictimaiyyətinin SSRİ-nin tərkibindəki respublikalar haqqında məlumatı yox idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə dünyada tanınmağa başladı. Bu gün isə Azərbaycan müstəqil dövlət kimi özünü dünyanın siyasi arenasında təsdiq edə bilib. Azərbaycanın demokratik inkişaf yolu tutması gələcəkdə onun daha da güclənməsinə gətirib çıxaracaq.
Görüşdə Azərbaycan ilə Seyşel Adaları Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması haqqında fikir mübadiləsi aparılıb.
Sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib. Sabiq Prezident Azərbaycan ilə Seyşel Adaları Respublikasının beynəlxalq təşkilatlardakı əməkdaşlığına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sualları cavablandırıb.
Xatırladaq ki, Sir Riçard Mançam ilk dəfə 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmək üçün Bakıya səfər edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info