Hər gün 170 min nəfər ambulator yardım üçün poliklinikalara müraciət edir
Tarix: 14.03.2014 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Səhiyyə naziri Oqtay Şirəliyev məmurların xaricdə müalicəyə üstünlük vermələri barədə deyilənlərə münasibət bildirib: “Çox vaxt insanlar xaricdə istirahət edərkən, yaxud sadəcə, iş üçün harasa gedərkən fürsətdən istifadə edib həmin ölkədə "check up" adlandırılan ekspres-diaqnostikadan keçirlər. Burada qınamalı heç nə yoxdur, bu öz sağlamlığının qayğısına düzgün qalmağın göstəricisidir”. Onun sözlərinə görə, ildə orta hesabla xaricə müalicəyə gedən həmvətənlərimizin sayı iki mindən çox deyil. Nazir qeyd edib ki, halbuki həmin müddətdə 800 minə yaxın vətəndaşımız Azərbaycan xəstəxanalarında müalicə olunur: “Onları sağaldan da xaricilər deyil, Azərbaycan həkimləri olur”. Yüksək vəzifəli məmurlarının, deputatların xarici ölkələrin klinikalarında müalicəyə üstünlük verməsinə gəlincə, nazir qeyd edib ki, onların heç də hamısı həmişə bu addımı atmır. Onun fikrincə, bu qəbildən olan vətəndaşlar və onların ailə üzvlərinin çoxu yerli klinikalarda müalicə olunur: “Amma, əlbəttə, elə də olur ki, cəmiyyətdə tanınan şəxs sağlamlıq durumu barədə məlumatların yayılmasını istəmədiyinə görə, yaxud hansısa digər səbəblərdən müalicə üçün xaricə gedir. Təəssüf ki, tək-tək həkim uğursuzluqları bəzən bütün ölkə səhiyyəsinə şamil edilir, şişirdilir və bütün yerli həkimlərə inamsızlıq yaradılır. Azərbaycan həkimlərinin həyata keçirdikləri çox mürəkkəb ürək əməliyyatları, böyrək köçürmə və sair üzrə çətin cərrahi müdaxilələr isə bu fonda tamamilə nəzərdən yayınır. Halbuki onlar çox yüksək dərəcədə peşəkarlıq, müasir bilik və bacarıqlar, mürəkkəb və yüksək texnoloji avadanlıqda işləmək təcrübəsi tələb edir. İnanın ki, Azərbaycanın özünün peşəkar tibb işçisi kifayət qədərdir. Kimisə tərifləmək üçün başqasını tənqid etmək gərək deyil. Əlbəttə, heç kimin xarici təbabətin nailiyyətlərini qiymətdən salmaq fikri yoxdur. Sadəcə, bu zaman yerli həkimləri ucdantutma qaralamaq da lazım deyil”.
Səhiyyə naziri əlavə edib ki, hər gün Azərbaycanda 170 min nəfər ambulator yardım üçün poliklinikalara müraciət edir və orta hesabla 26 min pasiyent stasionarlarda müalicə olunur: “Təbiidir ki, bizdə də xəstəxanalar üzrə ölüm göstəricisinin statistikası var və o, 0,3% təşkil edir. Heç bir kəs belə bir danılmaz faktı inkar edə bilməz ki, ölüm göstəricisinin faizi yüksək olan xəstəliklər var. Bu, ilk növbədə onkologiya, ürək-damar, nevroloji xəstəliklərdir. Həyatla bir araya gəlməyən travmalar var. Bütün dünyada xəstələr arasında vəfat edənlər olur, Azərbaycan da bu cəhətdən istisna deyil”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info