“Xocalıya ədalət” kampaniyası “Sosial həmrəylik” layihəsi həyata keçirir
Tarix: 14.03.2014 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzindən bildirilib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Sosial həmrəylik” layihəsinə start verilib. Bu layihəyə əsasən, Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş 25 gəncə sosial yardımların edilməsinə qərar verilib. Artıq layihə çərçivəsində ilkin olaraq 4 gənc “ASAN Xidmət”də işə düzəlib, Binəqədi və Nərimanov rayonu İcra hakimiyyətləri tərəfindən həmin gənclərin bəzilərinə il ərzində hər ay maliyyə yardımının edilməsi, eləcə də onların digər sosial ehtiyaclarının ödənilməsinə start verilib. Kampaniyanın apardığı fəaliyyət nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bir neçə xocalılı yeniyetmənin müayinə və müalicəsini öz üzərinə götürüb, eyni zamanda təhsillərini artırmaq və ya davam etdirmək istəyən gənclərə DƏ-İKGF Avrasiya üzrə Regional Mərkəzin təşkil etdiyi hazırlıq kurslarında təhsil almaları üçün şərait yaradılıb. Bundan başqa, “Məşədi Dadaş Məscidi” Dini İcmasının, “Mir Mövsüm Ağa”ziyarətgahı Dini icması, “Pir Həsən” ziyarətgahı Dini icması, “Beyləqan Cərciz” Dini icmaları il ərzində 4 nəfərə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 10 nəfərə birdəfəlik maddi yardım olunacaq.
Xatırladaq ki, "Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il 8 may tarixində, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hazırda faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir. Bundan başqa, İslam Konfransı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin dəstəyi ilə bir qrup xocalılı gəncin abituriyent hazırlıq kurslarında təhsil alınmasına dəstək göstərəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info