Fransa səfirliyinin nümayəndəsi ənənəvi frankofoniya bayramında iştirak edib
Tarix: 14.03.2014 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov qonağı salamlayaraq milli elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, dünya təhsilinə inteqrasiya yolu tutan universitet dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malikdir. Bu ali məktəbdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 344 vətəndaşı ali təhsil alır. Bir çox beynəlxalq layihədə uğurla təmsil olunan universitetdə tələbə mobilliyinin artırılması istiqamətində də mühüm işlər görülür. Burada Avropa dillərinin, eləcə də fransız dilinin, ədəbiyyatının tədrisinə xüsusi əhəmiyyət verilir. Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini Azərbaycan və Fransa dövlətləri arasında bir çox sahələrlə yanaşı elm və təhsil sahəsində də əməkdaşlığın inkişafından danışıb. Görüşdə gələcək tərəfdaşlıq məsələləri müzakirə olub, səfirliyin təşkilatçılığı ilə həyata keçiriləcək layihələr haqqında məlumat verilib. Fransanın diplomatik təmsilçisi Azərbaycan və Fransa universitetləri təmsilçiləinin görüşünün keçiriməsinin, fransız dili müəllimlərinin yayda Naxçıvan şəhərində bir həftəlik stajlarının, tələbələrin isə Fransada bir ayıq təcrübələrinin təşkilinin planlaşdırılığını bildirib, bütün bunların qarşılıqlı əməkdaşlığın inkişafı, xalqlar arası elm, dil və mədəniyyətlərin təbliği baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan Dillər Universitetinin professoru Çəmən xanım Babaxanova fransız dilinin tədrisinin mövcüd problemlərindən, bu sahədə aparılan son elmi-tədqiqat işlərindən, dərslik və dərs vəsaitlərinin, lüğət və digər məlumat nəşrlərinin hazırlanmasından danışıb. Fransa səfirliyinin əməkdaşı Dünya Frankofoniya günləri çərçivəsində universitetdə keçirilən ənənəvi bayram tədbirində iştirak edib. Fransız dili ixtisasının müəllim və tələbələrinin hazırladıqları bayram tədbiri Azərbaycan Respublikasının və Fransanın Dövlət himnləri ilə başlayıb. Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov və Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini çıxış edərək Azərbaycan-Fransa əlaqələrindən, iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıqdan, universitetdə Fransız dili ixtisasının daha mükəmməl formalaşması, tədrisin səviyyəsinin yüksəldilməsinin zəruriliyindən danışıblar. Sonra Frankofoniya bayramının tarixi və ənənəsi haqqında məlumat verilib. Qeyd olunub ki, hər il ali məktəbdə Frankofoniya (fransız dili günləri) kimi qeyd olunan bayram 1970-ci ildən fəaliyyət göstərən Beynəlxalq Frankofoniya Təşkilatı tərəfindən təsis olunub, fransız dilini və mədəniyyəti sevdirməyə, təbliğ etməyə xidmət edir. Təbirdə tələbələrin ifasında fransız dilində şeir və mahnılar səsləndirilmiş, böyük dramaturq Mirzə Fətəli Axundovun “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah” əsərindən səhnələr təqdim olunub. Qeyd edək ki, frankofoniya bayramı münasibətilə Fransa səfirliyi tərəfindən tələbələr arasında fransız dilində imla müsabiqəsinin keçirilməsi, qaliblərin bir aylıq təcrübə keçmək üçün Fransaya göndərilməsi nəzərdə tutulur.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info