Tacikistan Gömrük İttifaqına maraq göstərir?
Tarix: 15.03.2014 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


“Tacikistan Gömrük İttifaqının və Avrasiya İqtisadi Birliyinin fəaliyyətində maraqlıdır”. Bu açıqlamanı Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Tacikistan prezidenti Emomali Rahmon ilə danışıqlardan sonra bildirib: “Müşahidələrimə əsasən deyə bilərəm ki, Tacikistan Gömrük İttifaqına böyük maraq göstərir, təşkilatın əsasnaməsini öyrənir”.
O, qeyd edib ki, hazırda İqtisadiyyat Nazirliyi və digər təşkilatlar Gömrük İttifaqına qoşulmanın mümkün variantlarını müzakirə edir: “Hələlik Gömrük İttifaqına qəbul təsdiq edilməyib, lakin Tacikistanda təşkilata olan maraq qüvvədə qalır və əminəm ki, bu maraq müsbət bir şəkildə öz əksini tapacaq”. Bunları “RİA Novosti" agentliyi Matvienkoya istinadən bildirir.
Federasiya Şurasının spikeri bununla yanaşı Tacikistanın Avrasiya İqtisadi Birliyinin çox dəyərli üzvü olduğunu da xüsusi qeyd edib. Əlavə etmək yerinə düşərdi ki, rəsmi Düşənbənin Gömrük İttifaqına qoşulmaqda öz maraqları var. Söhbət Rusiyada mühacir həyatı yaşayan əmək miqrantlarından gedir. Tacikistan bu birliyin köməyindən yararlanmaqla miqrantlar və onların ailələrinin hüquqi statusuna, habelə qanunsuz miqrantlara qarşı mübarizədə əməkdaşlığa nail olmağa çalışır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info