ABŞ-ın altı “F-16” qırıcı təyyarəsi Polşadakı aviabazaya enib
Tarix: 15.03.2014 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus altı “F-16 Fighting Falcon” tipli qırıcı təyyarəsi hərbi təlimlərdə iştirak etmək məqsədilə Polşanın Lask aviabazasına enib.
İTAR-TASS-ın xəbərinə görə, bu barədə ABŞ-ın Polşadakı səfirliyinin açıqlamasında deyilir. “F-16” qırıcı təyyarələrinin birinci qrupu ABŞ aviasiya hissəsinin gücləndirilməsi məqsədi ilə Polşadakı taktiki aviasiyanın 32-ci bazasına enib. Təyyarələr İtaliyada yerləşən Aviano bazasındakı 555-ci qırıcı eskadrilyanın tərkibinə daxildir. Həftənin sonunadək Polşaya ümumilikdə 12 təyyarə eniş edəcək”- deyə səfirliyin açıqlamasında bildirilir. Qeyd edək ki, hərbi təlimlərdə iştirak etmək məqsədilə qırıcı təyyarələrdən başqa Polşaya 300-dək amerikalı hərbçinin gəlməsi planlaşdırılır. Qeyd edək ki, Rusiya və NATO hərbi komandanları Ukraynada yaranmış vəziyyəti müzakirə ediblər. Telefon danışığı zamanı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Rusiya müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Hərbi Komitəsinin sədri general Knud Bartels Rusiya-NATO münasibətlərinin hazırkı vəziyyətini və Ukraynadakı böhranı müzakirə ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib
19.04.2019
Notr-Dam kilsəsində alışmaya səbəb qısa qapanma olduğu ehtimal olunur
19.04.2019
Avropa Parlamentinin Çinə çağırışı
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info