“Rumıniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bunu bütün müstəvilərdə ifadə edəcək”
Tarix: 15.03.2014 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Rumıniya xarici işlər nazirinin müavini Boqdan Aureskunun iştirakı ilə siyasi məsləhətləşmələr keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunmuş və əlaqələrin strateji xarakter daşıdığı vurğulanıb.
Xələf Xələfov Azərbaycan ilə Rumıniya arasında siyasi dialoqun yüksək səviyyəsinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, kənd təsərrüfatı, sənaye, müdafiə sənayesi, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. Azərbaycan ilə Rumıniya arasında münasibətlərin daha da inkişafı üçün heç bir məhdudiyyətin olmadığı qeyd edilib. Nazir müavini ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini də vurğulayıb. O, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu qeyd edib. Boqdan Auresku Azərbaycan ilə Rumıniya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün hər cür imkanların olduğunu söyləyib və bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini bildirib. Rumıniya rəsmisi ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli siyasi şəraitin olduğunu da vurğulayıb. Xələf Xələfov Azərbaycanın qonşu dövlətlər ilə münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib, regionda sabitlik və davamlı inkişaf üçün yeganə maneə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini göstərib. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinin nəzarətsiz qaldığını deyən X.Xələfov həmin ərazilərin beynəlxalq terror təşkilatlarının təlim mərkəzi kimi, insan alveri, qeyri-qanuni silah alveri, narkotik maddələrin yetişdirilməsi və tranziti üçün istifadə edildiyini vurğulayıb. Bu vəziyyətin regionda sülh və sabitliyə təhlükə təşkil etdiyini bildirən X.Xələfov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd edib. Boqdan Auresku Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bunu bütün müstəvilərdə ifadə edəcəklərini bildirib. Görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan Respublikası və Rumıniya Respublikası Xarici İşlər nazirlikləri arasında 2014-2015-ci illər üçün ikitərəfli və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr planı imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info