Daxili işlər orqanları şəxsi heyətinin 40 faizini gənclər təşkil edir
Tarix: 15.03.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı keçirilən test imtahanlarında yüksək nəticələr qazanmış gənclərlə görüşüb.
Tədbirdə daxili işlər naziri qalibləri təbrik edərək son illərdə Prezidentin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük nailiyyətlərin qazanıldığını, dövlət başçısının çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin məhz yüksək intellektə, müasir dünyagörüşünə malik, bacarıqlı, dövlətçiliyə sadiq vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirib. Qeyd olunub ki, qaydalara əsasən, test imtahanlarında 100 mümkün baldan 65 və daha çox bal toplamış 63, o cümlədən 26-sı ali hüquq, 37-si ali pedaqoji təhsilli gənc bu çətin sınaqdan uğurla çıxıb. R.Usubov test üsulu ilə müsabiqənin keçirilməyə başlandığı 2006-cı ildən indiyədək 555 nəfərin bu yolla daxili işlər orqanlarında zabit vəzifələrinə təyin edildiyini, ümumiyyətlə isə şəxsi heyətin 40 faizinin məhz gənclərdən ibarət olduğunu vurğulayıb.
Baş kadrlar idarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev bildirib ki, xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi məqsədilə “Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin elan edilməsi Qaydaları”na əsasən, polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, eləcə də nazirliyin rəsmi internet saytında elanlar verilib. İmtahanları müvəffəqiyyətlə vermiş gənclərin daxili işlər orqanlarında xidmətə qəbul olunması barədə daxili işlər naziri tərəfindən əmr imzalanıb və onlar respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vakant yerlərə təyin ediliblər. Şabran Rayon Polis Şöbəsinə təhqiqatçı vəzifəsinə təyin olunan polis leytenantı Vüsal Ələkbərzadə gənc zabitlər adından çıxış edərək müsabiqənin, eləcə də test imtahanlarının aşkarlıq, şəffaflıq və obyektivlik şəraitində keçirilməsinə, gənclərə göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib və əmin edib ki, onlar bu yüksək etimadı Vətənə və xalqa sədaqətli xidmətləri ilə doğruldacaqlar.
Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov “polis leytenantı” xüsusi rütbəsinin poqonlarını müsabiqənin qaliblərinə təqdim edib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info