Kolumbiyada diplomatik nümayəndəliyiz fəaliyyətə başlayacaq
Tarix: 17.03.2014 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


“Mart ayından Azərbaycanın Kolumbiyada diplomatik nümayəndəliyi fəaliyyətə başlayacaq”. Azərbaycanın Meksikadakı səfirliyinin yaydığı məlumata görə, bunu Azərbaycanın Meksikada və eyni zamanda Kolumbiyadakı səfiri İlqar Muxtarov Kolumbiyanın xarici işlər naziri xanım Maria Angela Holquin Kuellar (Maria Angela Holguín Cuellar) ilə görüşü zamanı bildirib. Səfir İ.Muxtarov bu ölkəyə təyin olunmuş müvəqqəti işlər vəkili Ramil Fərzəliyevi qarşı tərəfə təqdim edib.
Səfir İ.Muxtarov Azərbaycan Meksikadakı səfirliyinin Kolumbiyadakı ofisinin fəaliyyətə başlamasının əlaqələrin intensivləşdirilməsinə, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib. Səfir İ.Muxtarov bu ili iki ölkə arasında əlamətdar il kimi xarakterizə edərək, Kolumbiyanın Azərbaycanda səfirlik açmasının da Azərbaycan tərəfindən məmnuniyyətlə qarşılandığını bildirib.
Azərbaycan səfiri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Kolumbiya Konqresinin ədalətli mövqedən çıxış etdiyini qeyd edərək, Kolumbiya Senatının 2012-ci ildə "Azərbaycan ərazisinin qanunsuz işğal edilməsi" haqqında və 2013-cü ildə Kolumbiya Konqresinin Nümayəndələr palatasının Xocalı soyqırımını da pisləyən "Ermənistan-Azərbaycan münaqişəsi" haqqında qərarlarına görə Kolumbiya tərəfinə bir daha minnətdarlıq bildirib.
Nazir Kuellar 2013-cü ildə Azərbaycana səfərini, eləcə də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini məmnuniyyətlə xatırladığını, Kolumbiyanın Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, ikitərəfli əlaqlərin bütün sahələrində faydalı əməkdaşlıq üçün kifayət qədər potensialın mövcudluğunu qeyd edərək, Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşlərində bu istiqamədə müzakirələr aparıldığını deyib.
Daha sonra səfir İ.Muxtarov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə cari ilin payızında Kolumbiyada Azərbaycan Mədəniyyəti Günlərinin keçiriləcəyini bildirərək, Kolumbiyanın aidiyyəti qurumlarının bununla bağlı lazımi dəstəyi göstərəcəyinə ümidvar olduğunu qeyd edib. Azərbaycan səfiri Kolumbiyanın cari ildə də Azərbaycanda bu kimi tədbirlər keçirməsini arzu etdiyini həmsöhbətinə çatdırıb.
Görüş zamanı iki ölkə arasında mövcud dost münasibətlərin daha da dərinləşdirilməsi və ikitərəfli sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info