Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 10% artıb
Tarix: 17.03.2014 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-fevral aylarında Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 233 621,7 min manat olub.
Vergilər Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% çoxdur.
Bu məbləğin 35,4%-i mənfəət vergisi, 26%-i əlavə dəyər vergisi, 11,7%-i fiziki şəxslərin gəlir vergisi, 11,5%-i aksizlər, 15,4%-i isə digər vergilərin payına düşür. Qeyri-neft sektoru üzrə büdcəyə 618 613,7 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur.
Bu ilin ilk iki ayında ölkə üzrə 16 768, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% çox vergi ödəyicisi qeydiyyata alınıb. Martın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 552 112 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% çoxdur.
Bu ilin yanvar-fevral ayları ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1% təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
EnterpriseAzerbaijan.com portalı “Odlar Yurdu” Universitetində startap təlimi keçirdi
22.02.2019
Bank Xaçmaz filialına işçi axtarır
22.02.2019
Ölkədə ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
İqtisadiyyat nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinə gedir
22.02.2019
Mehriban Əliyeva Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info