Klimkenin adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb
Tarix: 17.03.2014 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Almaniya Federativ Respublikası Bundestaqının deputatı Yurgen Klimkenin adı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb. Məlumata görə, Y. Klimkenin adı artıq Azərbaycan XİN-in saytında yerləşdirilmiş “arzuolunmaz şəxslər” siyahısında deyil.
Xatırladaq ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycanın “Dövlət sərhədi haqqında" qanununu pozan və buna görə də adı “qara siyahı”ya salınan Yurgen Klimke adının bu siyahıdan çıxarılması xahişi ilə yazılı şəkildə Azərbaycan tərəfinə müraciət edib. Y. Klimke Azərbaycan hökumətinə müraciətində 2013-cü ilin sentyabrında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərinin əvvəlcədən planlaşdırılmış xarakter daşımadığını və bu səfərin doğuracağı nəticələr barədə məlumatlı olmadığını söyləyərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində tanıdığını və işğal olunmuş ərazilərə səfərindən təəssüf hissi keçirdiyini vurğulayıb. O, gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini deyərək adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.
Qeyd edək ki, Azərbaycan XİN-in saytında yerləşdirilmiş “arzuolunmaz şəxslər” siyahısında ilkin olaraq 331 nəfərin adı olub. Onlardan bir neçəsi – Rusiya Dövlət Dumasının deputatı Aleksey Mitrofanov, Türkiyənin tanınmış jurnalistlərindən Nagəhan Alçı, “Amerikanın səsi” radiosunun Moskva bürosunun rəhbəri Ceyms Bruk, italiyalı müğənni Al Bano, Con Hopkins Universitetinin tələbələri İvan Benoviç və Nikolas Vondra, Moldova Respublikasının xalq artisti Konstantin Moskoviç adlarının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət ediblər və müraciətləri müsbət cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info