“Silahlı Qüvvələr müdafiəyə hazırdır”
Tarix: 17.03.2014 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


“Ukrayna ordusu Rusiya qoşunlarının Ukrayna sərhədindəki yerdəyişmələrinə uyğun olaraq qüvvələrini yenidən qruplaşdırır”. “Korrespondent.net” portalının məlumatına görə, bunu Ukrayna müdafiə naziri səlahiyyətlərinin icraçısı İqor Tenyux deyib.
İ. Tenyux bildirib ki, martın 17-nə olan duruma əsasən Ukrayna Silahlı Qüvvələri zəruri ehtiyatlarını bərpa edib və öz funksiyalarını yerinə yetirməyə hazırdır: “Ukrayna ordusu şimal istiqamətində qüvvələr nisbətini bərabərləşdirib, cənub istiqaməti gücləndirilib və hazırda şərq istiqamətinin gücləndirilməsi davam etdirilir. Bu gün silahlı qüvvələrimiz Rusiya tərəfinin yerdəyişmələrinə uyğun olaraq qərbdən cənuba qədər müəyyən rayonlarda yerləşdirilib. Şimal, cənub və şərqdə qısa müddət ərzində bütün lazımi resursları bərpa edərək qarşıya qoyulan vəzifələri yerinə yetirməyə hazırıq”. Tenyux Rusiyanın Ukrayna sərhədləri yaxınlığında 60 mindən çox canlı qüvvə cəmləşdirdiyini söyləyib. Bu arada Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov qismən səfərbərlik haqqında fərman imzalayıb. Bunu Ali Radanın iclasında A. Turçinov özü açıqlayıb: “Krımdakı təcavüz və Ukraynaya birbaşa hərbi müdaxilə təhlükəsini nəzərə alaraq tərəfimdən qismən səfərbərlik haqqında fərman imzalanıb. Bu fərman parlamentin təsdiqindən sonra qüvvəyə minəcək”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info