İran Suriya böhranının həlli üçün yeni təkliflər planı hazırlayıb
Tarix: 17.03.2014 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


İran Suriya böhranının həlli məqsədilə dörd maddəlik yeni təkliflər planı hazırlayıb. Bunu İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan bildirib.
Onun sözlərinə görə, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahimi ilə təkliflər planının bütün detalları müzakirə edildikdən sonra digər tərəflərə təqdim olunacaq: “Bu planın detalları hələlik ictimaiyyətə açıqlanmayacaq. Diplomatik təmaslar və müzakirələrdə bu planı qiymətləndirəcəyik. Hazırda İranda səfərdə olan L.İbrahimi ilə müzakirələrdə planın bütün detallarını müzakirə edəcəyik”. Abdullahiyan deyib ki, təkliflər planında Suriya böhranının həqiqi siyasi həllinə toxunulub: “Seçkilərdə və demokratik mexanizmlərdə Suriyanın suverenliyi, ərazi bütövlüyü və xalqın səsi əsas götürülməlidir”. Qeyd edək ki, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi martın 16-dan İranda səfərdədir. L.Brahimi üçgünlük səfər çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info