“Bəzi təşkilatlar Azərbaycana qarşı ikili standartlardan istifadə edirlər“
Tarix: 17.03.2014 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


İndiyə qədər "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", "Transparency İnternational" kimi təşkilatlar Azərbaycana qarşı ikili standartlardan istifadə ediblər, yalan məlumatlar əsasında hesabatlar hazırlayıblar.
Bu barədə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının ilk iclasında komissiyanın proqramına münasibət bildirərkən deyib. F.Ələsgərov qeyd edib ki, "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", "Transparency İnternational" kimi təşkilatlarla əməkdaşlıq yox, bu təşkilatların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq lazımdır: "Hesab etmirəm ki, bu təşkilatlarla əməkdaşlıq uğurlu ola bilər. Zənnimcə, biz mövqeyimizi dəyişməliyik".
O, eyni zamanda, YAP-ın beynəlxalq əməkdaşlıq çoğrafiyasının genişləndirilməsinin vacibliyini vurğulayıb. PA rəsmisi bildirib ki, əməkdaşlıq coğrafiyasına nəinki Cənubi Amerika ölkələrini, eləcə də bütün Amerika ölkələrini daxil etmək lazımdır: "Avropa ölkələrinə gəldikdə, biz burada yanaşmanı iki istiqamətdə qurmalıyıq - Qərb ölkələri və Şərq ölkələri. Mərkəzi Asiya ölkələrinə gəldikdə isə Orta Asiya ilə də əlaqələri genişləndirmək lazımdır". Qeyd edək ki, YAP Beynəlxalq əlaqələr komissiyasının proqramında insan hüquqlarının müdafiəsi ilə məşğul olan "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational", "Transparency İnternational" kimi beynəlxalq qeyri-hökumət təşkilatları, həmçinin Avropada, Mərkəzi və Şərqi Asiyada bu sahədə fəaliyyət göstərən digər QHT-lərlə əməkdaşlıq edilməsi qeyd olunub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info