Qadınlar sahibkarlıq fəaliyyətinə cəlb olunur
Tarix: 17.03.2014 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılmasına dair tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması, dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi, güzəştli kreditlərin verilməsi mexanizmi və nümunəvi investisiya layihələri barədə təqdimatların keçirilməsidir.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında bildirib ki, dövlətin prioritet istiqamətlərindən biri ölkədə qadınların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsidir. Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar və əldə olunan iqtisadi uğurlara öz töhfələrini verirlər. Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici və təşviqedici tədbirlər görülür. Onların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün müxtəlif treninqlərin təşkil olunması, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması da bu tədbirlərdəndir. Eyni zamanda, respublikanın ucqar və dağlıq regionlarında, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə yaşayan qadınların özəl biznes və aqrar təsərrüfatlarını yaratması üçün də tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır. Ötən il ölkəmizdə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı 5,2% artaraq 455 minə çatmışdır ki, onların da 17,9%-ni qadınlar təşkil edib. Bununla yanaşı, dövlət sahibkarların, o cümlədən qadın sahibkarların ölkə xaricində maarifləndirilməsi məsələsini xüsusi diqqətdə saxlayır və mütəmadi olaraq sahibkarların xarici ölkələrdə təcrübə yığmaları, xarici ölkələrdə əldə etdiyi nailiyyətlərin ölkədə tətbiqi üçün müvafiq işlər həyata keçirir. Bu işlərdən biri də İqtisadiyyat və Sənaye Nazirliyi ilə Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış memoranduma uyğun olaraq, həyata keçirilən “Biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması” proqramıdır ki, bu proqram çərçivəsində 173 sahibkardan 30-u qadın sahibkar, o cümlədən 2013-cü il ərzində 44 sahibkardan 9-u qadın sahibkar olmaqla Almaniyada ixtisasartırma kurslarına göndərilmişdir. Bu sahədə tədbirlər davam etdirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin əsas istiqamətlərindəndir və qadın sahibkarların bu prosesə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Bildirilmişdir ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində mühüm addımlar atılmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Arif Vəliməmmədov çıxışında qeyd edib ki, təşviq tədbirləri ilə yanaşı, fond tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması və xüsusilə evdar qadınların məşğulluğunun təmin edilməsi məqsədilə xalçaçılıq, tikişçilik və digər daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlanır və onlara təqdim edilir. İndiyədək fond tərəfindən 2070 qadın sahibkara 46,2 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması 3000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. 2013-cü ildə isə 430 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 9,3 milyon manat güzəştli kredit verilib. Bu sahədə həyata keçirilən tədbirlər davam etdiriləcək.
İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info