CLC şirkəti kimsəsiz uşaqlar üçün təlim təşkil etdi
Tarix: 17.03.2014 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


“Corporate Legal Consultancy” şirkəti (CLC) Korporativ Sosial Məsuliyyət sahəsində növbəti xeyriyyə aksiyasını reallaşdırıb. 15 mart 2013-cü il tarixində şirkətin dəstəyilə “Sos Uşaq Kəndləri”nin uşaqlarına muncuq ilə müxtəlif bəzək əşyalarının hazırlanması üzrə
təlim keçirib.

Təlimdə valideyn himayəsindən məhrum kimsəsiz uşaqlar iştirak edib. “Corporate Legal Consultancy” şirkətinin direktoru Pərviz Məmmədov bildirdi ki, hər bir təşkilat və şəxs imkanı daxilində ölkəmizə və xalqımıza qarşı daha diqqətli olmalı, bu kimi sosial sahələrə dəstək göstərməlidir. “Uşaqlar bizim gələcəyimiz olduğundan onların intellektual və digər bacarıqlarının inkişafına səthi yanaşılmamalıdır. Bu istiqamətdə balaca uşaqların əl qabiliyyətlərinin inkişafına da fikir verilməlidir. Bizim keçirdiyimiz aksiyada məqsəd uşaqların daha keyfiyyətli vaxt keçirmələrinə nail olmaq, bacarığı olan uşaqların üzə çıxarılmasına, uşaqların qabiliyyətinə görə istiqamətləndirilməsinə dəstək göstərməkdir” - Pərviz Məmmədov deyib.
“Corporate Legal Consultancy” şirkətinin Novruz bayramı ərəfəsində qayğı və köməyə ehtiyacı olan uşaqlarımızın və gənclərimizin sakinlərinə təlimin keçirilməsində digər bir məqsədi də uşaqları Novruz bayramı münasibətilə təbrik etmək və onların mənalı istirahətini təşkil etmək idi.
İlkin




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21.05.2019
Şəhid Adil Tatarovun il mərasimi keçirilib
21.05.2019
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21.05.2019
Daxili işlər naziri Qəbələ və Bakıda sıra baxışı keçirib: 361 nəfər xidmətə qəbul olunub
21.05.2019
Prezidentin satıcı ilə söhbəti - Video

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info