“Uşaqlar üçün yazan şairlər yox dərəcəsindədir”
Tarix: 17.03.2014 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


Rəşid Şəfəq: “Uşaq mahnıları az yazılsa da çox böyük dinləyici kütləsinə malikdir”

Müsahibimiz dahi bəstəkar Qara Qarayevin tələbəsi, ömrünün 60 ilindən çoxunu uşaq yaradıcılığına həsr edən, uşaq operası və operettası, 15-dən artıq muzikılların müəllifi, 800-dən artıq uşaq və gənclər üçün mahnıların müəllifi, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Rəşid Şəfəqdir:

- Rəşid müəllim, siz musiqi mədəniyyətimizdə uşaq musiqisi yaradıcılığına töhfələr bəxş edən bəstəkarlarımızdan birisiniz. Müasir dövrümüzdə uşaq yaradıcılığına yanaşmalar, bu gün bəxş edilən töhfələr sizi qane edirmi?
- Doğrusunu desəm, xeyr. Çünki bu gün uşaq musiqi yaradıcılığı çox acınacaqlı vəziyyətdədir. Vaxtilə bütün musiqi məktəblərində xor dərnəkləri var idi. Hər il müsabiqələr, festivallar keçirilirdi. Sovet dövründə də uşaq repertuarı üçün mahnı bəstələyən bəstəkarlar az idi. Lakin uşaq repertuarı üçün mahnı bəstələyən bütün bəstəkarlara diqqət xüsusilə böyük idi. O zamanlar uşaq mahnılarını efirə vermək, cəmiyyətə təqdim etmək üçün geniş imkanlar yaranardı. Ancaq çox təəssüflər olsun ki, bu cür imkanlar artıq yoxdur.
Mən qısaca bir haşiyədən çıxmaq istəyirəm. 1951-ci ildə bəstəkar Aleksandr Yurlov musiqi məktəblərini sinif-sinif gəzib, səsi olan uşaqları xor dərnəyi üçün toplayırdı. Mən o vaxt Konservatoriyanın nəzdində Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyurdum. Bizim sinfə seçim gəldikdə mən və dostum Vaqif Mustafazadə xor dərnəyi üçün seçildik. Mən çox həvəslə xor dərnəyinə gedirdim. Bir gün Aleksandr Yurlov “Sülh haqqında pioner marşı”, bu gün isə “Sülh haqqında marş”, mahnısını qısa müddətə öyrətdi. Bu görkəmli bəstəkarımız Qara Qarayevin yeganə uşaqlar üçün bəstələdiyi mahnıdır. Biz bu mahnını o zaman Qara Qarayevin fortepiano müşayiəti ilə ifa etdik. Xorun ifasında mahnı böyük alqışlarla qarşılandı. Qara müəllim piano qarşısından qalxıb bizim ifamızı yüksək qiymətləndirdi. Birdən üzünü tutub bizə “Nə istəyirsiniz? ” ,- dedi. Mən isə yerimdən dinlənib “Bir də oxumaq istəyirik. Siz bizi pianoda gözəl müşayiət etdiniz” ,- dedim.
Bir sözlə onu ifadə edim ki, uşaq mahnıları az yazılsa da çox böyük dinləyici kütləsinə malikdir. Keçən əsrin 80-90-cı illərinə nəzər salsaq, görərik ki, uşaq repertuarları çox böyük auditoriya qarşısında vüsət alırdı. Uşaq bağçaları, orta məktəblər, musiqi məktəblərinin dərs proqramlarında, konsert nömrələrində uşaq mahnılarına xüsusi diqqət ayırırdılar.
İlk mahnım 1949-cu ildə yazdığım “Violonçel üçün elegiya” dır. Mən o vaxt musiqi məktəbinin nəzdində uşaq yaradıcılıq sinfində oxuyurdum. Orada ilk yaradıcılıq addımlarını atan uşaqlar təhsil alırdı.
- Müasir dövrdə bəstəkarlar uşaq mahnılarına niyə müraciət etmirlər?
- Edirlər. Amma demək olar ki, yaxşı şeirlər də yox dərəcəsindədir. Abdulla Şaiqin şeirlərinə mahnı bəstələməyə mən təşəbbüs göstərdim. 1956-cı ildə Azərbaycan Yazıçılar Birliyində onu görəndə dedim ki, şeirlərinizə mahnı bəstələmək istəyirəm. O, məşhur “Ana Vətən” şeirini mənə verdi və dedi ki, mənim ürəyimcə olan mahnı yoxdur, yaz. Mən də mahnını yazdım. Bu mahnı Respublika Pioner məktəblilərinin I Mahnı bayramında on min nəfərlik xor tərəfindən ifa olundu. Bu mahnını Əfsər Cavanşirovun “Bənövşə” uşaq xoru onun rəhbərliyi altında Azərbaycanın bölgələrinə olan səfərləri zamanı da ifa ediblər. 1976-cı ildə mahnımı, keçirilən II Mahnı bayramında on beş min nəfərlik xor qrupu ifa etdi. Həmin ildə də “Ana Vətən” mahnım böyük alqışlarla dinlənildi.
Mən o dövrlərdə Maarif Nazirliyinin Estetik tərbiyə və metodika şöbəsində musiqi metodisti vəzifəsində çalışırdım. Deyə bilərəm ki, o vaxt musiqi məktəblərində xor qrupu olmayanda həmin məktəb cəzalanırdı. Hər bir musiqi məktəbinin yarı faizi öz fəaliyyətinə büdcədən məvacib ayırırdı. Bu artıq ümumi qayda idi.
Bu gün dərsliklərə uşaq mahnıları salınır. Lakin bu mahnılar həm köhnə, həm də dövrlə uyğunlaşmır. Çünki o zaman Abdulla Şaiq kimi böyük şairlərimiz uşaqlar üçün şeirlər, hekayələr yazırdılar. Mən Abdulla Şaiqin sözlərinə bir çox mahnılar bəstələmişəm. İlk səhnəlik əsərimi də “Tülkü Həccə gedir ” şeirinə bəstələdim. Sonralar ona cizgi filmi də çəkildi. Daha sonra mən şair Hikmət Ziya ilə də əməkdaşlıq etdim. Bilirdim ki, bu, nəğməkar şair idi.
Həmçinin, Rüfət Əhmədzadə, Zeynal Cabbarzadə, Teymur Elçini də qeyd edim ki, Abdulla Şaiq yaradıcılığının davamçısıdır. Bu gün isə İlyas Tapdıq, Zahid Xəlili qeyd etmək istəyirəm ki, onlar yaradıcılıqlarında uşaq mahnılarına xüsusi yer ayırırlar.
Çox təəssüf ki, bu günün uşaqlarının güclü inkişafı üçün satirik şeirlər yazılmır. Ancaq uşaqlar üçün yazan şairlər yox dərəcəsindədir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info