Əli bəy Hüseynzadə haqqında məqalələr toplusu hazırlanır
Tarix: 17.03.2014 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda böyük maarifpərvər ziyalı Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi münasibətilə elmi sessiya keçirilib.
Elmi sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb, böyük türkoloq alim Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 21 yanvar tarixli sərəncamını yüksək dəyərləndirən akademik bu tarixi sənədi bir növ, görkəmli alimə verilən siyasi bəraət kimi səciyyələndirib. O, qeyd edib ki, yazıçı, publisist, şair, Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat tarixində böyük rolu olan alim Əli bəy Hüseynzadənin irsi sovet dövründə demək olar ki, araşdırılmayıb, vaxtilə ona “panislamist”, “pantürkist” damğaları vurularaq ədəbi-ictimai fəaliyyətinə kölgə salınıb, əsərləri qadağan edilib.
Lakin müstəqillik illərində görkəmli Azərbaycan mütəfəkkiri və maarifçisinin irsi müəyyən araşdırmalara cəlb olunub, əsərləri işıq üzü görüb. Elmi-tədqiqat müəssisəsinin rəhbəri təpədən-dırnağadək türk məfkurəsini yaşadaraq onu inkişaf etdirən Əli bəy Hüseynzadənin Azərbaycanın müstəqilliyi uğrunda daim mübarizə apardığını önə çəkərək onun ortaq türk düşüncəsinin, turançılıq ideologiyasının formalaşmasında misilsiz xidmətlər göstərdiyini bildirib, Türkiyənin özündə türkləşmə uğrunda yorulmadan çalışdığını xüsusi vurğulayıb. Türk dünyasının böyük oğlu Əli bəy Hüseynzadənin vaxtilə ortaq türk dili yaratmaq ideyasının bu gün də gündəmdə olduğunu xatırladan İ. Həbibbəyli böyük ədibin yaradıcılığının bundan sonra da müxtəlif aspektlərdən araşdırılmasının əhəmiyyətindən danışıb. Filologiya üzrə elmlər doktoru, professor Şamil Vəliyevin “Əli bəy Hüseynzadə və XX əsrin əvvəllərinin ədəbi prosesi”, filologiya üzrə elmlər doktoru Zaman Əsgərlinin “Əli bəy Hüseynzadənin həyatı və mühiti” və digər alimlərin bu mövzularda məruzələri dinlənilib. Böyük ədibin qardaşı nəvəsi Cəmilə xanım Hüseynzadə təkcə Əli bəy deyil, nəsillərinin digər tanınmış nümayəndələri barədə maraqlı məlumatlarla çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə başçısına, o cümlədən akademiya rəhbərliyinə dərin minnətdarlığını bildirib. Sonda İ. Həbibbəyli ölkə üzrə yubiley tədbirlərinin davam etdirildiyini önə çəkərək bu yaxınlarda akademiyanın Humanitar və İctimai Elmlər Bölməsi üzrə konfrans keçiriləcəyini, eləcə də alimin doğulduğu Salyan şəhərində tədbir təşkil ediləcəyini bildirib, həmçinin türk dünyasının böyük oğlu Əli bəy Hüseynzadə haqqında yazılan əsərlərdən ibarət olacaq məqalələr toplusunun da nəşrə hazırlandığını diqqətə çatdırıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info