Rusiyalı politoloq İqor Nikolayev: “Biz “səkkizlik”siz də keçinərik”
Tarix: 17.03.2014 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Krımda keçirilən referendum ərəfəsində alman jurnalı “Spiegel” Rusiya və ümumiyyətlə, bölgədə baş verən hadisələr barədə məqalə dərc edib. Jurnal xatırladır ki, Böyük Britaniya bu ilin iyununda Soçidə keçirilməsi nəzərdə tutulan «G8» sammitini Londonda Rusiyasız keçirməyi təklif edib və əlavə edib ki, sammit üzvü dövlətlərinin də bu məsələyə münasibəti də müsbətdir.
Qeyd edək ki, inkişaf etmiş ölkələr birliyi “altılıq” adı ilə 1975-ci ildə yaradılıb. Növbəti ildə Kanadanı da sıralarına qəbul edən “altılıq”, daha sonra “yeddilik” kimi tanınırdı. Daha sonralar, dəqiq desək, 1991-2002-ci illər ərəfəsində Rusiyanı da sıralarına qatan “yeddilik” bundan sonra «səkkizlik» kimi tanınıb. Maraqlısı odur ki, heç bir əsasnaməsi olmayan sammit üzvü dövlətlərinin fəaliyyəti də qeyri-formaldır. Yəni istədikləri ölkəni tərkiblərinə qəbul və ya əksinə, üzvlükdən xaric edə bilərlər.
Təbii ki, bu, rusiyalı politoloqların yanaşmasıdır. Rusiya Strateji Təhlil İnstitutunun (FBK) direktoru İqor Nikolayevin təbirincə, “səkkiz”liyin fəaliyyəti heç bir şey vermir: dövlət başçıları sadəcə olaraq yığılıb, necə hərəkət etmələri barədə bir-birilərinə məsləhətlər verirlər. Bununla yanaşı, sammitdə qəbul olunan qərarlar elə də önəm daşımır, yəni icra üçün məcburi deyil. Məhz buna görə də, hazırda Rusiyanın bu qrupdan kənarlaşdırılması, ölkə iqtisadiyyatı üçün hər hansı bir mənfi nəticəyə səbəb ola bilməz.
Rus aliminin fikrincə, hazırda bu təşkilata maraq, investor ölkələr istisna olmaqla, çox sönükdür. Bu təşkilatda qəbul olunun layihələr dondurulmuş layihələr olaraq qalır.
Açıqlamasına davam edən İqor Nikolayev bildirir ki, hələ ki, Rusiyanı təşkilatdan uzaqlaşdırmayıblar, sadəcə, bir zirvə toplantısında "cəzalandırmaq" istəyirlər. Bundan əlavə, "səkkiz"likdə olmaq Rusiya üçün mütləq deyil. Necə ki, iqtisadiyyatının inkişafına görə, heç bir təşkilat üzvü ölkələrindən geri qalmayan Çin bu qrupun üzvü deyil: “Məncə, bu Çindən daha çox qrup üzvlərini narahat etməlidir. Eləcə də, Hindistan və ya Braziliya iqtisadiyyatlarının inkişafına görə, qrup üzvü olan Kanadanı çoxdan arxada qoyublar. Belə ki, biz "səkkiz"liksiz də keçinərik. Əgər 1991-ci ildə qrupun strukturundan xəbərsiz idiksə və ora can atırdıqsa, hazırda biz ölkənin daxili iqtisadi problemini "səkkiz"liyin hər hansı bir xüsusi köməyi olmadan da həll etmək iqtidarındayıq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info