“Krımlılar Ukraynadan ayrılmağa könüllü səs verdilər”
Tarix: 17.03.2014 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


“Amerikanın iqtisadi sanksiyaları Putinə və Rusiyanın siyasi elitasına təsir etməyə yetməyəcək”

Krım Ukraynadan ayrılmağa səs verib. Obama administrasiyası isə Rusiyadan separatçı regionun nəzarətdə saxlanılımasına görə xəbərdarlıq edib. Bəs, Putin buna gedərsə, nə baş verəcək? Obama administrasiyası və onun müttəfiqləri Krımın çoxluğunun Ukraynadan ayrılmağa səs verməsinə mane ola bilməyiblər. Bu barədə “Foreign Policy” media orqanında Con Hadson bildirib.
Qeyd edilir ki, onlar Rusiya lideri Putinin Ukrayna ərazisini nəzarətə götürməsinə də maneçilik törədə bilməyəcəklər. Dövlət Duması bəyan edib ki, Krımın birləşdirilməsini martın 21-də müzakirə edəcək. Əgər Moskva bu addımı atsa, Vaşinqton və onun müttəfiqləri Rusiyanın Krım üzərindəki hakimiyyətini tanımayacaqlar. Onlar artıq bu barədə də bəyan ediblər. Krımın zəbt edilməsi on illiklərlə olmasa da, illərlə çəkəcək. Hazırda bu, beynəlxalq ictimaiyyətin mövqeyinə baxmayaraq, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin Rusiya tərəfindən tanınması ilə ekvivalent kimi dəyərləndirilir. ABŞ və onun müttəfiqləri buna görə Rusiyaya qarşı sanksiyalara hazırlaşırlar. ABŞ senatoru Con Makkeyn deyib ki, Putinlə keçmiş sovet imperiyasının bərpa ediləcəyinə inanan bir adam kimi rəftar etmək lazımdır.
Amma müşahidəçilərin çoxu qeyd edir ki, təkcə amerikan iqtisadi sanksiyaları Putinə və Rusiyanın siyasi elitasına təsir etməyə yetməyəcək. Avropa Birliyinin sanksiyaları Rusiyaya böyük zərbə ola bilər, amma bununla eyni zamanda Avropanın böhranda olan iqtisadiyyatı daha da destabilləşəcək. Müəllif daha sonra bildirir: “Bilmirəm, bu axmaqlıqdır, ya yox, amma Krım sakinləri könüllü olaraq seçim ediblər və Putin Rusiyasına birləşməyə səs veriblər. Əgər məsələyə ritorik yanaşsaq, Avropanın Ukraynanın ərazi bütövlüyünü qoruyacağı görünmür. Necə ki, Gürcüstanın da ərazi bütövlüyünü qoruya bilmədi”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info