Venesiya İtaliyanın tərkibindən çıxmaq istəyir
Tarix: 17.03.2014 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Apennin yarımadasının şimalındakı Veneto vilayətinin sakinləri İtaliyanın tərkibindən çıxmaq üçün səsvermə təşkil ediblər. Veneto vilayətinə Venesiya, Verona, Trevizo, Paduya, Belluno, Viçença kimi şəhərlər daxildir. Venetonun vətəndaş qrupları tərəfindən təşkil edilmiş səsvermə martın 16-dan 21-ə qədər keçirilir. Hələ ki, o, rəsmi deyil, amma sakinlər öz ideyalarının rəsmiləşdiriləcəyinə ümid edirlər.
Referendumda bir neçə məsələ qaldırılıb - Venetonun suverenliyi, respublikanın Avropa Birliyinin tərkibinə, avro zonaya və NATO-ya daxil olması. Bu barədə keçirilmiş sosioloji sorğunun nəticələrinə görə, seçicilərin 65 faizi Venesiyanın ayrılmasının tərəfdarlarıdır. Referendumda 3,8 milyon adam iştirak edə bilər. Venesiya nümunəsi digər ölkələrdə də müşahidə edilir. Kataloniya da bu ilin noyabrında İspaniyadan ayrılmaq barədə referendum keçirmək istəyir. Şotlandiyanın da Böyük Britaniyadan ayrılmaq cəhdləri birinci dəfə deyil.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info