Sumqayıt “ASAN xidmət“ mərkəzi daha 5 rayona xidmət göstərəcək
Tarix: 18.03.2014 | Saat: 14:14:00 | E-mail | Çapa göndər


25 mart 2014-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sumqayıt "ASAN xidmət" mərkəzi artıq Şamaxı, Qobustan, Quba, Qusar və Xaçmazın ümumi sayı 550 000-dən çox olan sakinlərinə də xidmət göstərəcəkdir.
Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü ilin may ayından etibarən vətəndaşlara xidmət göstərən və 260 000-dən çox müraciəti qəbul etmiş Sumqayıt "ASAN xidmət" mərkəzi Sumqayıt şəhəri ilə yanaşı Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinə xidmət göstərir.
Xatırladaq ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. Vətəndaşlar mərkəzlərdə dövlət orqanları və özəl qurumlar tərəfindən göstərilən 150-dən çox xidmətdən yararlana bilərlər.
"ASAN xidmət" mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
17.09.2018
Bu ildən Aqrar Universiteti fərqlənmə diplomu ilə bitirən tələbələr işlə təmin olunacaqlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info