Türkiyənin Azərbaycandakı səfirliyi Şəhidlər gününü anıb
Tarix: 18.03.2014 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən 18 mart Şəhidlər günü anılıb. “Palitra”nın məlumatına görə, Bakıdakı Türk Şəhidliyində keçirilən mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Bakıda fəaliyyət göstərən türk iş adamları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunda xidmət edən zabitləri iştirak ediblər. Səfir İsmail Alpər Coşqun tərəfindən 1918-ci ildə Azərbaycanın bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsində şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub. İki ölkənin dövlət himnləri səsləndirilib. Daha sonra Şəhidlikdəki Şərəf dəftərini imzalayan səfir qeyd edib ki, türk xalqı şəhidlərini heç zaman unutmayacaq: “Burada şəhid olan və Azərbaycan əsgəri ilə yanaşı dəfn edilənlər Türkiyə və Azərbaycan xalqının eyni taleni paylaşdığının sübutudur”.
Daha sonra mərasim iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib.
Səfir İsmail Alpər Coşqun tərəfindən Əbədi Məşəl Kompleksinin önünə əklil qoyulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info