Erkən nikahlara qarşı maarifləndirmə aparılır
Tarix: 18.03.2014 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Masallı rayonunda “Erkən nikahlara qarşı maarifləndirmə” layihəsi həyata keçirilib. Layihənin rəhbəri, UNİCEF-in “Sağlam həyat tərzi” mövzusunda təlimçisi Əligül Ağayev tədbiri açıq elan edərək layihənin başlıca məqsədinin regionlarda yaşayan gəncləri mövzu üzrə maarifləndirməklə erkən nigahların sayının azaldılmasına nail olmaq olduğunu bildirib.
Layihədə Masallı rayonudan olan 50 nəfər gənc iştirak edib. Onlara erkən nikah və onun fəsadları, Azərbaycan Respublikasının nigah qanunvericiliyi barədə məlumatlar verilib. Qeyri-formal təhsil metodundan istifadə edərək interaktiv oyunlar keçirilib, mövzuya uyğun hazırlanmış maarifləndirmə materialları iştirakçılara paylanılıb.
Layihədə apaılan müzakirələr zamanı, cəmiyyətdə mövcud olan müxtəlif problemlərin erkən nikahların sayının artmasına səbəb olduğu bildirilib. Bu sıradan savadsızlıq, məlumatsızlıq, bəsit düşüncə tərzi və maddi problemləri müzakirə olunub. Erkən nikahların nəticəsinə qanunsuz ailələr, boşanmalar, fiziki və mənəvi cəhətdən zəif olan uşaqlar –formalaşmaqda olan nəsil və ən əsası ana və uşaq ölümlərini kimi ortaya çıxan fəsadlar müəyyən olunub.
Layihədə iştirak edən Masallı rayonu Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov dövlətin erkən nigahlara qarşı mübarizədə apardığı siyasətdən, maarifləndirmə tədbirlərindən və bu tipli layihələrin əhəmiyyətini diqqətə çatdırıb.

Fuad







 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info