Azərbaycan Texniki Universitetində elektron təhsil sistemi tətbiq olunur
Tarix: 18.03.2014 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Martın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycan Texniki Universitetinin elektron təhsil sisteminin yaradılması” layihəsi çərçivəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) prezidenti Young Mok Kim ilə görüş olub.
Görüşdə AzTU-nun rektoru, professor Havar Məmmədov qonaqları salamlayaraq “Azərbaycan Texniki Universitetinin elektron təhsil sisteminin yaradılması” layihəsi haqqında ətraflı məlumat verib. Bildirilib ki, bu layihə KOİCA və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış qrant sazişinə əsasən həyata keçirilir. Layihənin icrasına Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə 2011-ci il dekabrın 2-dən başlanılıb.
Qeyd edilib ki, layihənin məqsədi AzTU-da Koreya Respublikasının ali təhsil müəssisələrində istifadə olunan ən son informasiya-kommunikasiya texnologiyaları əsasında müasir təhsil-idarəetmə sisteminin yaradılmasıdır. Layihədə universitetdə akademik təhsil sisteminin yaradılması, AzTU-nun rəsmi portalının, elektron sənəd dövriyyəsi sistemlərinin qurulması, distant təhsil üçün kontent nümunələrinin təşkili məsələləri öz həllini tapıb.
Rektor diqqətə çatdırıb ki, akademik təhsil sistemində tədris prosesinin, həmçinin distant təhsilin təşkili üzrə infrastruktur yaradılıb. Ali təhsildə Bolonya bəyannaməsindən irəli gələn başlıca prinsipləri nəzərə almaqla hazırlanmış sistemə tədrisin idarə olunması üzrə əsas məlumatlar yerləşdirilib. Vurğulanmışdır ki, akademik təhsilin əsas komponentlərindən biri veb-auditoriya sistemidir. Bu sistemin əsasında təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili, müəllimin pedaqoji fəaliyyətinin veb-auditoriya sistemində tamlığı təmin edilir. Veb-auditoriya sistemində tələbələrin dərsə davamiyyəti və tədris növləri üzrə müvəffəqiyyəti gündəlik qeyd edilir.
Qeyd edilib ki, layihə çərçivəsində artıq AZTU-nun rəsmi portalı yaradılıb. Portalın ana səhifəsində xəbərlər, universitetlə bağlı vacib, aktual informasiyalar, AzTU-nun sosial fəaliyyəti, xarici əlaqələri gündəlik işıqlandırılır. Universitetin portalını fərqləndirən əsas cəhətlərdən biri də professor-müəllim heyətinin məxsusi veb-səhifəyə malik olması və özləri tərəfindən idarə edilməsidir.
Elektron sənəd dövriyyəsi sistemi haqqında danışan rektor bildirib ki, bu metod universitetdə elektron təhsil sistemində elektron təsdiq (elektron sənəd dövriyyəsi), məktublaşma (e-mail) və onlayn mesajlaşma, iş qrafikinin tərtibi (təqvim üzrə planlaşdırılma), tədbirlərin idarə olunması, bülleten (elan) lövhəsindən ibarət kollektiv əməliyyat sistemi infrastrukturuna malikdir.
Distant təhsil üçün kontent nümunələrinin yaradılması haqqında söhbət açan Havar Məmmədov qeyd edib ki, AzTU-nun elektron təhsil sistemində ilk distant təhsil kontentləri, lazımi infrastruktur yaradılıb. Vurğulanıb ki, hazırda universitetin birinci kurs tələbələri elektron təhsil sisteminin tətbiqi ilə təhsil alırlar.
Görüşdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Young Mok Kimə Azərbaycan Texniki Universitetinin fəxri diplomu təqdim edilib.
Tədbirdə KOİCA-nın prezidenti Young Mok Kim çıxış edərək AzTU-nun fəxri diplomuna layiq görüldüyünə görə bu ali təhsil ocağının rəhbərliyinə minnətdarlığını bildirib. Qonaq Azərbaycana ilk səfərindən, o cümlədən AzTU-da olmasından məmnunluğunu bildirib.
Görüşdə Young Mok Kim Koreya Respublikası, onun inkişafı, tərəqqisi, bu ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən işlər haqqında məlumat verib. Qonaq AzTU-da tətbiq olunan elektron təhsil sistemi layihəsinin Azərbaycan təhsilinə öz layiqli töhfəsini verəcəyinə əminliyini bildirib.
KOİCA-nın prezidenti layihənin gələcəkdə önəmliliyini qoruyub saxlayacağına və layihə çərçivəsində AzTU-da müxtəlif sahələrdə peşəkar mütəxəssislər hazırlanacağına ümid etdiyini söyləyib.
Bu cür layihələrin davamlı olacağını bildirən KOİCA-nın prezidenti Young Mok Kim Koreya Respublikasının təhsil sistemində əldə etdiyi təcrübənin Azərbaycanda da tətbiqinə kömək edəcəyini vurğulayıb.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov çıxış edərək “Azərbaycan Texniki Universitetinin elektron təhsil sisteminin yaradılması” layihəsinin AzTU-da reallaşdırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info