Gənclər Evi ilə bağlı layihənin yekun hesabat konfransı keçirilib
Tarix: 18.03.2014 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Bu gün "Gənclər Evi - Gənclərin ətraf mühit məsələlərində iştirakının artırılmasında platformadır" adlı layihənin yekun hesabat konfransı keçirilib. “Palitra”nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə və digər şəxslər iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən layihənin koordinatoru Mirhəsən Seyidov deyib ki, 2 il bundan öncə start verilən layihə Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) tərəfdaşlığı, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə başa çatıb: "Son 2 ildə Yevlax, Sabirabad, Goranboy, Göygöl və Lənkərandan olan gənclər ətraf mühit və ekologiya sahəsində Gənclər evlərinin imkanlarından istifadə etməklə təlimləndirilib, gənclərin ətraf mühitin qorunması sahəsində qərar qəbulu prosesində aktiv iştirakı təmin edilib. Layihədə iştirak edən hər bir region gənci arasından 25 nəfərlik xüsusi ekologiya qrupu yaradılıb. 2013-2014-cü illər ərzində gənclər 20 kiçik həcmli layihənin tərtib olunması və icrası prosesində iştirak edib, həmçinin kiçik həcmli ucqar dağ kəndlərindən də 900-dən artıq gənc bu prosesə cəlb olunub".
Onun fikrincə, belə layihələr Bakı və digər şəhərlərin gəncləri ilə bərabər, ən ucqar dağ kəndlərindən olan gəcnlərin də aktiv fəaliyyətə qoşulmasına təkan verir.
PA-nın şöbə müdirinin müavini T.Süleymanov bildirib ki, ətraf mühitin müafizəsi və çirklənmənin qarşısının alınması məsələləri son 65 il ərzində böyük aktuallıq kəsb etməyə başlayıb. İkinci Dünya müharibəsindən sonra dünyada elm, texnika böyük sürətlə inkişaf edib. Buna baxmayaraq, bu inkişaf ətraf mühitə də böyük təsirlər göstərib, ətraf mühitin çirklənməsinə səbəb olub: "Nəticədə çirklənmə artdı, ətraf mühitin mühafizəsində çətinliklər yarandı. Təəssüflər olsun ki, Azərbaycan da dünyanın tərkib hissəsi kimi bu proseslərdən kənarda qalmadı. Azərbaycan uzun illər müstəqil dövlət olmayıb. Əvvəlcə Rusiya İmperiyasının, 1922-ci ildən sonra Sovet İttifaqının tərkibində olub. Bu səbəbdən öz sərvətlərimizə sahib çıxa bilməmişik".
Çıxış edən gənclər və idman nazirinin müavini İ.Babayev və ARGTMŞ-nin sədri Ş.Seyidzadə layihənin əhəmiyyətindən danışıblar.
Sonda layihədə iştirak etmiş gəcnlərə şəhadətnamələr təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info