Gənclər evləri ekoloji maarifləndirmədə aktiv iştirak edir
Tarix: 18.03.2014 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


"Gənclər Evi - Gənclərin ətraf mühit məsələlərində iştirakının artırılmasında platformadır" adlı layihənin yekun hesabat konfransı keçirilib. Tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə və digər şəxslər iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən layihənin koordinatoru Mirhəsən Seyidov deyib ki, 2 il bundan öncə start verilən layihə Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) tərəfdaşlığı, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə başa çatıb: "Son 2 ildə Yevlax, Sabirabad, Goranboy, Göygöl və Lənkərandan olan gənclər ətraf mühit və ekologiya sahəsində Gənclər evlərinin imkanlarından istifadə etməklə təlimləndirilib, gənclərin ətraf mühitin qorunması sahəsində qərar qəbulu prosesində aktiv iştirakı təmin edilib. Layihədə iştirak edən region gəncləri arasından 25 nəfərlik xüsusi ekologiya qrupu yaradılıb. 2013-2014-cü illər ərzində gənclər 20 kiçik həcmli layihənin tərtib olunması və icrası prosesində iştirak edib, həmçinin kiçik həcmli ucqar dağ kəndlərindən də 900-dən artıq gənc bu prosesə cəlb olunub".
Onun fikrincə, belə layihələr Bakı və digər şəhərlərin gəncləri ilə bərabər, ən ucqar dağ kəndlərindən olan gəcnlərin də aktiv fəaliyyətə qoşulmasına təkan verir.
PA-nın şöbə müdirinin müavini T.Süleymanov bildirib ki, ətraf mühitin müafizəsi və çirklənmənin qarşısının alınması məsələləri son 65 il ərzində böyük aktuallıq kəsb etməyə başlayıb. İkinci Dünya müharibəsindən sonra dünyada elm, texnika böyük sürətlə inkişaf edib. Buna baxmayaraq, bu inkişaf ətraf mühitə də böyük təsirlər göstərib, ətraf mühitin çirklənməsinə səbəb olub. Çıxış edən gənclər və idman nazirinin müavini İ.Babayev və ARGTMŞ-nin sədri Ş.Seyidzadə layihənin əhəmiyyətindən danışıblar. Sonda layihədə iştirak etmiş gəcnlərə şəhadətnamələr təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info