Əfqanıstan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir
Tarix: 18.03.2014 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


XİN rəhbəri: “Azərbaycan və Əfqanıstanın mövqeləri bir çox məsələlərdə üst-üstə düşür”
“Azərbaycan və Əfqanıstanın mövqeləri bir çox məsələlərdə üst-üstə düşür”. Bunu Bakıda səfərdə olan Əfqanıstan xarici işlər naziri Zarar Əhmad Osmanla görüşdən sonra xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
Nazirin sözlərinə görə, görüşdə tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər: “Siyasi nöqteyi-nəzərindən Azərbaycan və Əfqanıstanın mövqeləri üst-üstə düşür”. E.Məmmədyarov həmçinin əfqanıstanlı həmkarını Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişatı ilə bağlı məlumatlandırıb. Görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq, Əfqanıstanın Bakı-Tiflis-Qars layihəsindən istifadəsi imkanları, konkret olaraq 2015-ci ildən sonra Əfqanıstandan Bakı-Tiflis-Qars dəmiryolu ilə yüklərin daşınması sahəsində mümkün əməkdaşlığı müzakirə ediblər. Azərbaycan XİN başçısı xatırladıb ki, bu məsələ artıq NATO mənzil-qərargahında müzakirə olunub. Danışıqlarda həmçinin təhsil sahəsində əməkdaşlıq, Azərbaycan tərəfindən Əfqanıstanda energetika sahəsinə investisiyaların yatırılması məsələləri nəzərdən keçirilib. E.Məmmədyarovun sözlərinə görə, Əfqanıstan tərəfi iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün biznes-forum təşkil etməyi təklif edib. Öz növbəsində Əfqanıstan XİN başçısı görüşün faydalı keçdiyini vurğulayıb. O ümidvar olduğunu bildirib ki, bu səfər və əməkdaşlığın genişləndirilməsi iki ölkəyə və bütövlükdə regiona fayda verəcək. Əfqanıstan xarici işlər nazir bildirib ki, ölkəsi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icrasına tərəfdardır. Nazir qeyd edib ki, Azərbaycan Əfqanıstan üçün qardaş və dost ölkədir: “Əfqanıstan Azərbaycanın ərazi bütövlüyünü və BMT TŞ-nin Qarabağla bağlı qətnamələrinin icrasını dəstəkləyir”.
Elmar Məmmədyarov mətbuat konfransında qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə Haaqada keçiriləcək növbəti nüvə sammiti çərçivəsində görüşməyi təklif edib: “Həmsədrlərin təklifi var. Onlar Haaqa sammiti çərçivəsində görüş təklif ediblər, ola bilsin ki, biz orda görüşdük”. Görüşün hansı formatda keçiriləcəyinə gəlincə, nazir ona yalnız erməni həmkarı ilə görüşün formatının məlum olduğunu deyib. Xarici işlər naziri Krım Muxtar Respublikasında keçirilən referendumun nəticələrini şərh edərkən bildirib ki, Azərbaycan Ukraynadakı münaqişənin bu ölkənin konstitusiyası çərçivəsində nizamlanmasına tərəfdardır. Onun sözlərinə görə, Azərbaycan Ukrayna ilə bağlı mövqeyini dəfələrlə ifadə edib: “Azərbaycan ərazi bütövlüyü məsələlərinə hörmətlə yanaşır. Çünki ölkəmizin özü də təcavüzlə üzləşib və nəticədə Azərbaycan torpaqları işğal olunub”.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info