Bakıda elm festivalı keçiriləcək
Tarix: 18.03.2014 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Direktorlar Şurasının növbəti iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan akademiya prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verib. A.Əlizadə bildirib ki, yaxın gələcəkdə akademiyanın Müasir Ümumi Analitik Bazasının yaradılması nəzərdə tutulur.
Rəyasət Heyəti bu işin icrası ilə bağlı institut direktorları və bölmələrdən təkliflər gözləyir. AMEA-nın bir neçə institut və təşkilatında universitetlərin müvafiq fakültələrinin baza kafedralarının fəaliyyət göstərdiyini söyləyən akademik bu kimi kafedraların akademiyanın bütün müəssisələrində təşkilinin vacibliyini vurğulayıb. Bildirib ki, baza kafedraları ölkədə yüksək səviyyəli kadrların yetişdirilməsi üçün böyük imkandır. Daha sonra AMEA prezidentinin müşaviri Rəhim Hüseynov akademiyanın 70 illik yubileyi çərçivəsində təşkil olunacaq “Bakı Elm Festivalı-2014” haqqında ətraflı məlumat verərək bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutacaq Elm Festivalında elm, yeni texnologiya və innovasiyalar təbliğ olunacaq, müxtəlif mülahizə, sərgi, seminar və maraqlı təcrübələr nümayiş etdiriləcək. AMEA-nın müxbir üzvü Vaqif Abbasov son dövrlər akademiyada gənclərin elmə cəlb edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyərək bu tədbirlər çərçivəsində AMEA-nın Riyaziyyat, Texnika və Təbiət Elmləri Liseyinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. 2015-ci il Dünya Kimya Olimpiadasının Bakıda keçiriləcəyini söyləyən V.Abbasov Təhsil Nazirliyi və AMEA-nın təşkilatçılığı ilə birgə olimpiadaların təşkilinin önəmliliyini vurğulayıb. AMEA prezidentinin müavini-işlər müdiri Fətəli Abdullayev alimlərin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər haqqında çıxış edib. Bildirib ki, AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin mənzil probleminin həlli ilə yanaşı, yaxın gələcəkdə akademiyanın nəzdində müasir tələblərə cavab verən tibbi, ticarət və istirahət mərkəzlərinin də yaradılacağı nəzərdə tutulur.

AMEA-nın bəzi institutlarına səsvermə yolu ilə direktorlar seçilib

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq, Fəlsəfə, Sosiologiya və Hüquq, Ədəbiyyat, Dilçilik, Əlyazmalar institutları və Milli Azərbaycan Tarixi Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində direktor vəzifələrini tutmaq üçün seçkilər keçirilib. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyətində vitse-prezident, akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitar və İctimai Elmlər Bölməsinin seçkilərin nəticələrinin açıqlanmasına həsr olunmuş ümumi yığıncağı keçirilib. Bölmə üzvlərinin iştirakı ilə keçirilən iclasda gizli səsvermənin nəticələrinin hesablanması üçün akademik Teymur Bünyadov hesablayıcı komissiyanın sədri, AMEA-nın müxbir üzvləri - Rəna Məmmədova, Akif Musayev isə komissiyanın üzvləri təyin edilib. Akademik İ.Həbibbəyli tədbir iştirakçılarına səsvermənin nəticələri haqqında məlumat verərək AMEA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyeva, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutuna fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə, Ədəbiyyat İnstitutuna akademik İsa Həbibbəyli, Dilçilik İnstitutuna AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, Əlyazmalar İnstitutuna AMEA-nın müxbir üzvü Teymur Kərimli, Milli Azərbaycan Tarixi Muzeyinə akademik Nailə Vəlixanlı və Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə AMEA-nın müxbir üzvü Rafael Hüseynovun seçildiyini bildirib.
Nigar





 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info