“Azərbaycan inkişaf etmiş ölkədir və yoxsulluq səviyyəsi aşağıdır”
Tarix: 18.03.2014 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


“Azərbaycan inkişaf etmiş ölkədir və yoxsulluq səviyyəsi aşağıdır. Bizim əsas prioritetlərimiz ətraf mühitin qorunması, abadlaşdırma və yaşıllaşdırmadır. Bundan başqa, biz Azərbaycanda elektron hökumət çərçivəsində metrologiya və patentləşmə ilə bağlı, eləcə də “Azərsu” ilə su təchizatı sahəsində layihələr həyata keçiririk”.
Bu sözləri jurnalistlərə açıqlamasında KOİCA (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) prezidenti Yon Mok Kim deyib. İki ölkə arasında əməkdaşlıq barədə danışan KOİCA prezidenti bildirib ki, Azərbaycan Cənubi Koreya üçün dost, tərəfdaş ölkədir: “Bizim tariximiz bənzərdir. Bizim azərbaycanlılara sevgimiz var. Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir və belə bir ölkə ilə əməkdaşlıq etmək vacibdir. Bu əməkdaşlıq hər iki ölkə üçün faydalıdır. Tarixə baxsaq, görərik ki, Azərbaycan çətinliklərdən keçən bir ölkədir, elə Koreya da. Ümid edirəm ki, əməkdaşlığımız bundan sonra da davam edəcək”. Azərbaycanla bağlı gələcək planlarından danışan Y. M. Kim qeyd edib ki, KOİCA insan resursları və İKT inkişafı sahəsində layihələr də həyata keçirmək niyyətindədir: “Yuxarıda qeyd etdiyim sahələrdən başqa, neft, qaz və digər texniki layihələrdə, çirkab suların təmizlənməsi işlərində iştirak etmək istəyirik”. Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra KOİCA-nın bu ərazilərin inkişaf və bərpasında iştirakının mümkünlüyü ilə bağlı suala cavabında Y. M. Kim bu münaqişənin sülh yolu ilə həll olunacağına ümidvar olduğunu söyləyib: “Bizim də bu cür problemlərimiz var. Ümumilikdə KOİCA məcburi köçkünlərə və qaçqınlara kömək etməyə davam edir”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info