IDEA: “Azərbaycanın yaşıl sabahını birgə quraq”
Tarix: 18.03.2014 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə I Azərbaycan Ətraf Mühit Forumu keçirilir. “Azərbaycanın yaşıl sabahını birgə quraq” şüarı altında baş tutan forum ölkənin ətraf mühit sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirərək ölkəmizdəki mövcud ekoloji problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılması üçün vahid platforma rolunu oynayıb. Tədbirin əvvəlində IDEA tərəfindən hazırlanan videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirdi ki, Azərbaycanın bütün sahələrdə inkişafı göz qabağındadır və hər bir sahədə vətəndaş cəmiyyətinin bu prosesdə rolunun olması vacibdir: "Ətraf mühitdə insanların rolu daha vacibdir. İllər ərzində ölkədə bu sahədə çox işlər görülür. Ətraf mühit sahəsində geriyə baxanda təəccüblə fikirləşirik ki, problemləri necə həll etdik?" Nazir bildirdi ki, cəmiyyətin diqqət mərkəzində olan bir çox məsələlər, o cümlədən yaşıllıqların salınması, tullantıların idarə olunması, mühafizə olunan ərazilərin genişləndirilməsi, onların daha keyfiyyətli idarə olunması sahəsində müasir dövlətlərə xas olan infrastrukturun yaradılması vacib şərtdir. H.Bağırovun sözlərinə görə, Azərbaycanda 1 milyona yaxın əhalinin hələ də qazlaşdırılmayan ərazidə yaşamasına baxmayaraq, odundan istifadə ilə bağlı da müəyyən nailiyyətlər əldə edilib: "Həmin insanlar odundan istifadə etmək məcburiyyətindədirlər. Buna baxmayaraq, burada da nailiyyətlər var. Hətta peykdən əldə olunan şəkillərdən də görünür ki, Qəbələ, İsmayıllı və başqa ərazilərdə 300, 400, 500 hektarlıq açıq yaşıl rəngdə olan örtüksüz ərazilər tünd yaşıl rəngə çevrilməkdədir. Bunun nəticəsində isə meşələrimizin ərazisi 0,4% artıb". H.Bağırov qeyd etdi ki, ölkədə təhlükəli tullantıların idarə olunmasında çox yaxşı nailiyyətlər əldə edilib. Ətraf mühit sahəsində 3-cü sektorla dövlət orqanlarının münasibətləri də çox intensivdir, tərəflərin münasibətlərinin düzgün formalaşması üçün platformaları var. Bununla yanaşı, ETSN-də ətraf mühitlə bağlı Ekoloji Şura formalaşıb: "Şuranın iclaslarında iştirak sərbəstdir. Bir çox vacib, ətraf mühitə təsirləri müşahidə olunan iri layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri mütləq şurada müzakirə edilir. Bundan sonra sənədlər QHT-lərin rəyləri nəzərə alınmaqla formalaşır. Həmin rəy isə ictimai rəyə çevrilir".
Nazir bildirdi ki, güclü vətəndaş cəmiyyətinə ehtiyac var: "Daxili möhkəmlik, birlik çox vacibdir. Bu forumu çağıran İDEA hərəkatı hərtərəflıi geniş tədbilər həyata keçirir, irihəcmli layihələrə dəstək verir".
Daha sonra çıxış edən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek qeyd etdi ki, ətraf mühitin qorunması işində birgə əmək, qarşılıqlı əməkdaşlıq çox vacib faktordur. Bu işə gənclərin cəlb olunmasını vacib hesab edən BMT rəsmisi IDEA İctimai Birliyinə ətraf mühitin qorunmasına gənclərin fəal şəkildə cəlb olunmasına görə təşəkkür etdi. A.Broek bildirdi ki, bütün dünyada artıq daha çox insan ətraf mühit məsəllərinə əvvəlki kimi yanaşmağın düzgün olmadığını başa düşməyə başlayır. Yer planetini xilas etmək və dünyada, o cümlədən Azərbaycanda yaşayan insanlar üçün dayanıqlı gələcəyi təmin etmək üçün bütün insanların birgə, geniş fəaliyyəti tələb olunur. Bu baxımdan vətəndaş cəmiyyətinin bu sahəyə cəlb olunması mühüm əhəmiyyət kəsb edir. BMT rəsmisi bildirdi ki, bu forum Azərbaycanda, eləcə də dünyada ətraf mühitin vəziyyətinə və dayanıqlı inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Tədbirdə çıxış edən qonaqlar Azərbaycanda ətraf mühit sahəsində həyata keçirilən unikal təşəbbüslərə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaya öz təşəkkürlərini bildirib, IDEA-nın fəaliyyətinə uğurlar arzulayıblar. Forum daha sonra iki fərqli diskussiya paneli ilə davam etdirildi. "Ekoloji problemlərə milli baxış, onların həlli yolları və bu işdə QHT-lərin rolu" başlığı altında keçirilən birinci paneldə yerli ekoloji təşkilatların nümayəndələrinin çıxışı ilə məruzələr səslənildi, mövzu ətrafında müzakirələr aparıldı.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info