Gürcüstan Azərbaycanla sərhədlərin 71 faizini razılaşdırıb
Tarix: 19.03.2014 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Gürcüstan hökuməti sərhədlərin delimitasiyası prosesinin başa çatması üzrə fəaliyyət planı hazırlamalıdır.
Məlumata görə, bu barədə ölkə hökuməti tərəfindən təsdiq edilmiş 2014-2018-ci illər üzrə dövlət sərhədlərinin idarə olunmasına dair yeni strategiyada deyilir. Strategiyada bildirilir: "Gürcüstanın qonşu dövlətlərlə dövlət sərhədinin demarkasiyası və delimitasiyasının tamamlanması böyük əhəmiyyətə malikdir, çünki bu prosesin yubanması təkcə dövlət sərhədlərinin idarə edilməsinə deyil, həm də bütövlükdə bütün ölkənin və regionun siyasi, iqtisadi və sosial sabitliyinə mənfi təsirə malikdir. Gürcüstan hökuməti ölkənin Ermənistan, həmçinin Azərbaycanla sərhədlərinin demarkasiya və delimitasiya prosesini başa çatdırmaq, dövlətin fundamental maraqlarına riayət etmək üçün demarkasiya və delimitasiyanın davam etdirilməsi məqsədi ilə tammiqyaslı sərhəd siyasətinin aparılması üçün təsirli ölçülər götürməlidir. Rusiya-Gürcüstan sərhədinin demarkasiya və delimitasiyası prosesi Gürcüstan ərazilərinin işğaldan azad edilməsindən sonra davam edəcək".
Bundan başqa, sənəd Türkiyə ilə sərhəd rejimi haqqında yeni sazişin işlənməsini nəzərdə tutur.
İndiyədək Gürcüstan Azərbaycanla sərhədlərin 71 faizini, Ermənistanla isə 66 faizini razılaşdırıb. Rusiyaya gəldikdə isə, bu ölkə ilə ümumi sərhədlərin 36 faizi razılaşdırılıb. Lakin Rusiyanın Abxaziya və Tsxinvali regionunun müstəqilliyini tanımasından sonra həmin razılaşma ləğv edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info