AZİZ-in yeni layihəsi: “Azərbaycan - tolerantlıq məkanı ”
Tarix: 19.03.2014 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


İsrail və Azərbaycan arasındakı münasibətləri iki insan arasında münasibətlər ilə müqayisə etmək olar – onlar nə qədər çox bir-biri haqqında bilir, nə qədər səmimi ünsiyyətdə olur, onlar bir biri ilə əməkdaşlıq və dostluq edir və bir-bir ilə ümumi dil tapır. Minlərlə keçmiş Azərbaycan vətəndaşlarını birləşdirən "Aziz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası öz fəaliyyətində məhz bu prinsipi rəhbər tutur və təşkilat fəallarının apardığı iş, genişdir və demək olar ki, fasiləsizdir.
Novruz bayramı ərəfəsində İsrailin cənubunda yerləşən Kiryat Qat şəhərində 2014-ci il üçün nəzərdə tutulan tədbirlər seriyasından olan "Azərbaycan - tolerantlıq məkanı ” mövzusunda fotosərgisi açılıb. Bu layihə Heydər Əliyev Fondunun yaxından dəstəyi və köməyi ilə həyata keçirilir. Fotosərgi eksponatları ilə tanışlıqdan sonra iştirakçıları maraqlı və zəngin proqram gözləyirdi. Əksəriyyət hesab edirdi ki, yəhudilər Azərbaycanda yalnız XX əsrdə məskunlaşıb. Azərbaycan mədəniyyət mərkəzinin direktoru Yeganə Salman qeyd etdi ki, yəhudi icmasının bu ərazilərdə təxminən iki min ildən artıq tarixi var. Daha sonra Azərbaycana səfər zamanı İkinci İsrail telekanalının jurnalistləri tərəfindən çəkilmiş sənədli filmin nümayişi keçirilib.
Bundan sonra Kiryat Qat şəhər meri vəzifəsini icra edən Yakov İfraimov çıxışında bildirib ki, o, əslən qafqazlı olduğu üçün Azərbaycanın gözəl və mehriban qonşuluq və tolerantlığı ənənələri ilə tanışdır: “Qonşuluqda olan Ermənistanda həmişə sırf erməni əhalisi 98% idi, halbuki Azərbaycan əsrlər boyu çoxmillətli idi - burada azərbaycanlılarla yanaşı, yəhudilər, ruslar, ermənilər və digər milliyyətlər yaşayırdı. Fəqət mənim üçün önəmlisi odur ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Azərbaycanlılar və yəhudilər hər zaman qardaş olublar”. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak bu tədbirin Kiryat Qat şəhərində keçirilməsinə görə və böyük yardım və mehriban qəbula görə - Yakov İfraimova minnətdarlığını bildirərək, ona qədim Azərbaycan mədəniyyətini simvolizə edən üç milli musiqi alətlərini ehtiva edən hədiyyə təqdim etmişdir.
Tamaşaçılar Azərbaycan torpağında öz yolunu başlamış və İsrail torpağında davam etdirən yaradıcı ziyalıların çıxışlarını çox səmimi qəbul etmişlər. İsrail yazıçılar birliyinin üzvləri, şairlər - Mixail Salman və Şaul Siman Tov, müğənni Maksim və Pnina Yaskovanın rəhbərliyi ilə "Oynayan incə" rəqs ansamblı tamaşaçılar tərəfindən gözəl qarşılanıb. Təşkilatçıların fikrincə, belə tədbirlər 2014-cü il ərzində hələ ən azı İsrail Dövlətinin 10-12 şəhərində keçiriləcək. Artıq indidən məlumdur ki, apreldə "Azərbaycan - tolerantlıq ərazisi" fotosərgisi İsrailin şimal bölgəsində Neşer şəhərində, may ayında isə Tirat Karmel şəhərində açılacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info