Heydər Əliyev Mərkəzinə 30 minədək məktəbli ekskursiya edib
Tarix: 19.03.2014 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzinin orta ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqlar arasında başladığı ekskursiya layihəsi davam edir. Artıq layihə çərçivəsində 30 minədək uşaq və yeniyetmə qrup şəklində Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Mərkəzdən “Palitra”ya verilən məlumata görə, Azərbaycan Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində reallaşdırılan layihə yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsinə, ölkəmiz və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə bilik və məlumatlarının artırılmasına xidmət edir.
Məktəblilər 5 saatlıq ekskursiya müddətində Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat alır, Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış olurlar. İndiyə qədər "Azərbaycan inciləri: tarixin axarında", "Mini Azərbaycan", Endi Vorholun "Həyat, ölüm və gözəllik", "Kosmosa səyahət" kimi sərgiləri maraqla izləyən şagirdləri martın 17-dən Heydər Əliyev Mərkəzində daha bir maraqlı layihə gözləyir. Məktəblilər bu sərgidə tarixlə canlı tanışlıq imkanı əldə edə biləcəklər.
"Silahların əfsanəsi"ndə orta əsrlərdə müharibə və döyüşlərdə istifadə olunmuş silahlar və zirehli geyimlər nümayiş olunur. Məktəblilər Avropanın 130 tarixi eksponatını izləyərkən həm müxtəlif hadisələrin canlı şahidlərinə çevriləcək, həm də cəngavərlik arzularını reallaşdıra biləcəklər. Belə ki, sərgidəki interaktiv zonada zirehli geyimləri geyinərək ani də olsa tarixin bir hissəsinə çevrilmək imkanı əldə etmək olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib
22.04.2019
Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib
22.04.2019
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib
22.04.2019
Qazaxda inşa olunan elektrod zavodu istehsala hazırdır
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info