“Şahdəniz-2” layihəsi ilə bağlı yeni müqavilələr imzalanıb
Tarix: 19.03.2014 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Qordon Birrell: “Bu mühüm layihələr vaxtında və büdcə daxilində həyata keçiriləcək və ilk qaz 2018-ci ilin sonlarında əldə ediləcək”

«Şahdəniz» və Cənubi Qafqaz Boru Kəməri konsorsiumları «Şahdəniz» Mərhələ-2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrinin işlənməsi üçün əsas müqavilələri imzalamaqla işləri qrafik üzrə planlaşdırılmış qaydada davam etdirir.
«Şahdəniz» layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkətindən verilən məlumata görə, həm layihə idarəetmə xidmətlərini, həm də tikinti işlərini əhatə edən bu müqavilələr ötən ilin dekabrın 17-də elan edilmiş yekun investisiya qərarlarından sonra gerçəkləşib. Bu müqavilələrin bağlanması layihənin icrası qrafikinin əsasını təşkil edir və bu mühüm işlənmənin çoxsaylı sahələrində əldə edilən irəliləyişə əlavədir. Ötən ilin dekabr ayında elan edilmiş 3 iri müqavilənin imzalanmasından sonra bu ilin əvvəlindən bu vaxtadək Mərhələ-2 çərçivəsində bir sıra əsas müqavilələr imzalanıb. Bu, CQBKG layihəsi çərçivəsində Gürcüstandakı qurğuların tikintisi işləri və istismara verilməsinə dəstək üçün 528 mln. ABŞ dolları dəyərində olan müqavilə «Bechtel International Inc.» və «ENKA İnşaat ve Sanayi A.Ş.» şirkətlərindən ibarət «Bechtel Enka» birgə müəssisəsinə verilib. Bu müqavilənin iş həcminə 16 km-lik giriş yolunun, iki 120 MVt-lıq kompressor stansiyasının, təzyiq azaltma və ölçmə qovşağının tikintisi daxildir. Bu işlərin 2018-ci ildə başa çatdırılacağı gözlənilir. CQBKG layihəsi üçün boru kəmərinin və qurğuların mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri üçün müqavilə «Chicago Bridge & Iron UK Ltd.» (CB&I) şirkətinə verilib. Bu müqavilənin dəyəri 174 mln. dollar təşkil edir və müqavilə üzrə işlərin 2018-ci ildə başa çatdırılması gözlənilir. Bundan başqa, sualtı qurğuların və boru kəmərlərinin mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətlərinin ilkin mərhələsi üçün 57 mln. dollar dəyərində müqavilə «Wood Group Kenny Ltd.» (WGK) şirkəti ilə bağlanıb. Dəniz platformasının yaşayış blokunun mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti işləri üçün müqavilə «Apply Emtunga» şirkətinə verilib. 32 mln. dollar dəyərində olan bu müqavilə çərçivəsindəki işlər 2017-ci ildə başa çatdırılmalıdır. Yaşayış blokunun yığılması və istismar sınaqları Bibiheybət ərazisində yerləşən ATA tikinti-istehsalat sahəsində həyata keçiriləcək. Platformaların üst modulları da yerli resurslardan istifadə etməklə burada inşa ediləcək. CQBKG layihəsinin 5 çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması işləri üçün 26 mln. dollar dəyərində olan müqavilə “DrillTec GmbH” şirkətinə verilib. Bu müqavilə çərçivəsində işlərin 2016-cı ildə başa çatdırılacağı gözlənilir. Həmçinin, CQBKG layihəsinin 2 çay keçidi (biri Azərbaycanda, digəri Gürcüstanda) üçün şaxta və tunelin tikintisi və boru kəmərinin quraşdırılması üzrə müqavilə “CSM Bessac” şirkətinə verilib. Dəyəri 24 mln. dollar olan bu müqavilə üzrə işlərin 2017-ci ildə başa çatacağı gözlənilir. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, bu müqavilələrin vaxtında imzalanması, həmçinin «Şahdəniz» və CQBK layihələrində BP ilə işləyəcək şirkətlərin keyfiyyəti bizdə inam yaradır: «Bu mühüm layihələr vaxtında və büdcə daxilində həyata keçiriləcək və ilk qaz 2018-ci ilin sonlarında əldə ediləcək» Bu müqavilələrin imzalanması Cənub Dəhlizi layihələri üzrə əldə olunmuş irəliləyişi tamamlayır. Dənizdə «İstiqlal» qazma qurğusu yatağın şimal hissəsindəki sonuncu quyuda qazma işlərini başa çatdırıb. Bu isə o deməkdir ki, Mərhələ-2 üçün artıq beş hasilat quyusu qazılıb. Heydər Əliyev adına qazma qurğusunda modernləşdirmə və təkrar sertifikatlaşdırma proqramı başa çatıb və bu qazma qurğusu yatağın qərb hissəsində aparılan qazma işlərinə qayıdıb. Hasilatın artırılaraq ildə 16 mlrd. kubmetr həcmində planlaşdırılan sabit ən yüksək səviyyəyə çatdırılması üçün tələb olunan bütün quyuların qazılması üçün bu iki qazma qurğusu «Şahdəniz» yatağında öz fəaliyyətini davam etdirəcək. Bundan əlavə, dayaq bloklarının hazırlanması üçün poladın ilk partiyası Bakıya ötən ilin dekabr ayında, platformaların üst modullarının hazırlanması üçün ilk polad isə Bibiheybət ərazisində yerləşən ATA tikinti-istehsalat sahəsinə fevralın 22-də gətirilib. Mərhələ-2 üçün inşa olunacaq iki platformanın üst modullarının inşası, barjaya yüklənməsi, dənizdə sazlanması və istismara verilməsi işləri üçün 974 mln. dollar dəyərində olan müqavilə «AMEC», «Tekfen İnşaat ve Tesisat A.S.» və «Azfen» birgə müəssisəsindən ibarət «AMEC-Tekfen-Azfen» (ATA) konsorsiumu tərəfindən həyata keçirilir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info