“Müharibə əlillərinin və şəhid ailələrinin problemləri həll edilir”
Tarix: 19.03.2014 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Prezident tərəfindən martın 18-də imzalanan sərəncama əsasən Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olan və itkin düşənlərin övladlarının təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bir gün əvvəl də bu istiqamətdə bir neçə fərman imzalanıb. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda bu kateqoriyadan olan insanlara diqqət və qayğı hər zaman dövlətin nəzarətindədir və sistemli xarakter daşıyır.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev qəzetimizə bildirdi ki, imzalanan sərəncam son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərin tərkib hissəsidir: “Azərbaycan inkişaf etdikcə, iqtisadiyyatımız gücləndikcə, bu kimi problemlər sürətli həllini tapır. Ümummilli lider Heydər Əliyev hər zaman müharibə veteranlarına, əlillərə, onların ailələrinə diqqət və qayğı ilə yanaşıb, bu insanların sosial rifahının yüksəldilməsi üçün lazımi tapşırıqlar verib. Təbii ki, bu proses sonrakı illərdə də davam etdi. Azərbaycan Prezidenti də Qarabağ müharibəsi iştirakçılarından diqqət və qayğısını heç bir zaman əsirgəməyib. Bunun üçün lazımi göstərişlərini verib, sərəncamlar imzalayıb, müharibə əlillərinin, şəhid ailələrinin problemləri həll edilir. Ölkə rəhbəri Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin yaşayış tərzinin yaxşılaşdırılması məqsədilə, onları mənzillə, həmçinin müharibə əlillərini minik avtomobili ilə təmin edib. Eyni zamanda dövlətimiz tərəfindən Milli qəhrəmanların, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi məqsədilə də mühüm işlər həyata keçirilib. Ali Baş Komandan hər zaman vurğulayır ki, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin problemləri dövlətin başlıca vəzifəsidir. Buna görə də hər bir vətəndaş öz üzərinə düşən borcu yerinə yetirməli və bu istiqamətdə məqsədyönlü işlər aparmalıdır”.
General-mayor Dadaş Rzayev hesab edir ki, dövlətin bu istiqamətdə yürütdüyü siyasət gənclərin vətənpərvərlik ruhunu daha da artıracaq: “Gənclərimiz müharibə iştirakçılarına və onların ailələrinə göstərilən diqqəti gördükdə onlarda ruh düşkünlüyü yaranmayacaq. Çünki dövlətin torpağın müdafiəsi uğrunda canını fəda edən insanlara diqqət göstərməsi, öz vətəndaşına dəstək olması çox mühümdür. Əminəm ki, bu istiqamətdə gələcəkdə də mühüm tədbirlər həyata keçiriləcək”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info