“Azərikimya” bilik yarışı keçirib
Tarix: 19.03.2014 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Novruz bayramı ərəfəsində ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin təşki­latçılığı ilə respublikamizin bir sıra ali təhsil ocaqlarını, orta ixtisas məktəblərini, idarə və təşkilatlarını təmsil edən komandalar arasında “Xəmsə” - bilik yarışı keçirilib.
“Azərikimya” İB-nin struktur bölmələrinin və ARDNŞ-nin Ekologiya İdarəsinin də təmsil olunduğu yarışlara Bakı və Sumqayıt Dövlət universitetlərinin, Bakı Ali Neft Məktəbinin, Qafqaz və Təfəkkür universitetlərinin, Müəllimlər İnstitutunun, ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Sumqayıt Dövlət Texniki Kollecinin və digər müəssisələrin komandaları da daxil olmaqla 14 komanda qatılıb. Qeyd edək ki, 14-23 mart tarixləri arasında bir sıra beynəlxalq günlər - Ümumdünya Çaylar Günü, Ümümdünya Torpaq Günü, Ümumdünya Su resursları Günü, Beynəlxalq Meşə Günü və Ümumdünya Meteoroloq Günü qeyd edildiyindən bilik yarışmasının əsas sualları bu mövzulardan təşkil olunub. Yarış iştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Xəmsə” və “Breyn-rinq” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti ilə keçirilən, üç mərhələdən ibarət olmaqla dörd saata qədər davam edən bilik yarışmasında öz yüksək bilik səviyyəsi və geniş dünyagörüşə malik olmaları, hazırcavablıqları ilə seçilən Müəllimlər İnstitutunun komandası birinci, Qafqaz Universitetinin və «Azərikimya» İstehsalat Birliyinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalara «Azərikimya» İB tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub. Yarışda fərqlənən daha iki komanda - Bakı Ali Neft Məktəbinin və Bakı Dövlət Universitetinin komandaları fəxri-fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info