Səbaillilərin cəbhə bölgəsindəki əsgərlərə Novruz töhfəsi
Tarix: 19.03.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Səbail Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış əşgərlərlə görüş keçirilib.
Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəliblər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram sovqatları çatdırıblar. Hərbi hissədə, əsgər kazarmaları və təmas xəttindəki bir neçə bölüklərlə tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Novruz bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Natiq hərbi hissənin şəxsi heyətini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib. Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb. Qonaqlar hərbi hissə və onun yeni istifadəyə verilmiş kazarmaları üçün Səbail RİH-nin hədiyyələrini, döyüş bölgəsi üçün xüsusi olaraq vacib olan ləvazimatları, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Hərbi hissə komandanlığı adından çıxış edən «N» saylı hərbi hissənin komandir müavini polkovnik-leytenant Valeh Rəcəbov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb. Keçirilən bayram tədbirində Səbail və Tərtər rayon rəhbərliyi, Səbail rayon ictimaiyyəti nümayəndələri, hərbi hissənin rəhbər komanda heyəti ilə yanaşı, Hərbi Prokurorluğun idarə rəisi polkovnik Aydın Ələsgərov, Tərtər rayon hərbi prokuroru polkovnik-leytenant Fuad Məmmədov və digər rəsmi qonaqlar da iştirak ediblər. Sonra respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil edib. Populyar müğənnilər Elton Hüseynəliyev və Sevda Yəhyayevanın gözəl çıxışları əsgərlər tərəfindən rəğbətlə qarşılanıb. Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar edib, Səbail Rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri fərmanları təqdim olunub. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Səbail rayon nümayəndələrinə minnətdarlıqlarını bildiriblər. Tədbirdən sonra bayram münasibəti ilə nümunəvi xidmətə görə qısamüddətli məzuniyyətlə mükafatlandırılmış 6 nəfər əsgər Səbail RİH-nin nümayəndələri tərəfindən evlərinə çatdırılıb və bu da onların ailələri üçün bayram sürprizi olub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info