Vaşinqtonda Heydər Əliyev Fondunun layihəsinin təqdimatı olub
Tarix: 27.03.2014 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Azərbaycandakı geniş miqyaslı və çoxşaxəli fəaliyyətləri ilə paralel olaraq Heydər Əliyev Fondu artıq neçə illərdir ki, beynəlxalq səviyyədə qurulan tərəfdaşlıqları artıraraq, müxtəlif xarakterli layihələr gerçəkləşdirməkdədir və belə təşəbbüslərin əhatə dairəsi də getdikcə böyüməkdədir.
Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, ötən ildən etibarən ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində yerləşən və ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə yönəlmiş xeyriyyə layihəsinə əlavə olaraq cari ildə Heydər Əliyev Fondu tərəfindən ABŞ-da yerləşən bəzi sosial və xeyriyyə yönlü qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Belə layihələrdən biri ABŞ-ın "Urban Alliance" (Şəhər Alyansı) adlı təşkilatı ilə qurulmuş əməkdaşlığa əsaslanır ki, bu təşkilatın əsas məqsədi ali təhsillərini yenicə tamamlamış gənclərə peşə həyatına aparan yolda təlim və təcrübələr vasitəsilə dəstək olmaqdır.
Bəhs edilən layihəyə start verilməsi münasibətilə "Urban Alliance" təşkilatının Vaşinqton ofisində xüsusi mərasim keçirilib. Mərasimə qatılmış iştirakçılar qarşısında çıxış etmiş Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə ilk növbədə onlara təmsil etdiyi Fondun məqsəd və məramlarından söz açmış və Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında təşkilatın ildən-ilə artan fəaliyyətləri və əldə olunmuş nailiyyətlər barədə məlumat verib.
Fondun prezidentinin təhsilə yetirdiyi diqqət və gənclərə göstərdiyi qayğını xüsusilə vurğulayan C. Paşayeva-Seyidzadə bu mənada Heydər Əliyev Fondu və "Urban Alliance" təşkilatının oxşar cəhətlərə malik olduğunu göstərib. "Urban Alliance" təşkilatı ilə birgə layihəyə istinad edərkən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi bu layihənin ilk iştirakçılarının seçiminin Azərbaycanda geniş şəkildə qeyd edilən "8 Mart - Beynəlxalq Qadınlar Günü" ərəfəsinə təsadüf etdiyini və elə bu münasibətlə Fondun dəstəyi ilə iş təcrübəsi keçəcək birinci 3 iştirakçının layihəyə müraciət etmiş gənc qızlar arasından seçildiyini açıqlamışdır. Onun çıxışının ardınca iştirakçılara Heydər Əliyev Fondunun fəaliyyətlərini əks edən qısa film nümayiş etdirilib.
Tədbir iştirakçıları arasında olmuş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz tərəfindən Heydər Əliyevin Fondunun həyata keçirdiyi fəaliyyətləri və mövcud olduğu illər ərzində əldə etdiyi mühüm nəticələri təqdir edib.
Fondun çoxsaylı layihələri arasında qadınların cəmiyyətdəki mövqeyinin güclənməsinə yönəlmiş fəaliyyətləri önə çəkərək, Pakistanda inşa edilmiş qızlar məktəbini misal göstərib, eləcə də "Urban Alliance" təşkilatı ilə birgə layihədən bəhrələnəcək birinci 3 gəncin məhz qızlar olmasının təsadüfi xarakter daşımadığını söyləyib.
Səfir Elin Süleymanov həmçinin bu birgə layihənin iki ölkənin insanları arasında əlaqələrin genişlənməsinə xidmət etdiyini və bu amilin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Bundan əlavə, mərasimdə "Urban Alliance" təşkilatının idarə heyətinin rəhbəri Mari Zients, prezidenti İşuana Smit və strateji tərəfdaşlıq üzrə direktoru Meqan Vudberi çıxış edərək, Alyansın apardığı fəaliyyətlər haqqında danışıb, Heydər Əliyev Fondu ilə qurulan əməkdaşlıqla bağlı böyük məmnuniyyətlərini ifadə edib və bu əməkdaşlığın uğuruna inandıqlarını bəyan etmişlər. İştirakçılar eynilə "Urban Alliance" təşkilatı barədə filmə tamaşa ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info