Bəhramtəpə-Biləsüvar avtomobil yolu yenidən qurulacaq
Tarix: 27.03.2014 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Azərbaycanın cənub-qərb bölgəsini şimal bölgəsi ilə əlaqələndirən əsas yollardan biri olan Bəhramtəpə-Biləsüvar avtomobil yolunun yenidənqurulması nəzərdə tutulur. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, yolun yenidənqurulması layihəsinin xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulur. P.Mürsəliyev qeyd edib ki, aidiyyəti sənədləşmə işləri və texniki prosedurlar başa çatdıqdan sonra yolun yenidənqurulması işlərinə başlanılacaq.
Qeyd edək ki, Bəhramtəpə-Biləsüvar avtomobil yolu Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 115-ci km-dən başlayır, Biləsuvar şəhərində sona çatır. Bu yol Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun davamı olaraq Respublikanın cənub-qərb bölgəsini şimal bölgəsi ilə əlaqələndirən əsas yollardan biridir. Yolun uzunluğu 62 km olmaqla 3-cü texniki dərəcəlidir. Yol boyu beş ədəd körpü və müxtəlif diametrli su ötürücü borular da yerləşir.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
13.07.2019
Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib
13.07.2019
Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib
13.07.2019
“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib
12.07.2019
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info