Butros Qali: “II Qlobal Müştərək Cəmiyyətlər Forumu çox önəmli platformadır”
Tarix: 27.03.2014 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərçivəsində BMT-nin sabiq baş katibi Butros Butros Qali və Ukraynanın keçmiş prezidenti Leonid Kuçma ilə görüşlər keçirilib, geniş fikir mübadiləsi aparılıb. Butros Qali Azərbaycanın dəstəklədiyi bu təşəbbüsün müxtəlif dinlər, mədəniyyətlərə məxsus olan xalqların konstruktiv dialoq altında toplanmasına böyük dəstək ola biləcəyini bildirib: “Xüsusilə aprel ayında Bakıda çox sayda liderin iştirakı ilə keçiriləcək forum bu gün hamımızı narahat edən problemlərin müzakirəsi üçün çox önəmli platformadır”. 1994-cü ildə Azərbaycana səfərini xatırladan Butros Qali böyük məmnuniyyətlə yenidən ölkəmizə gələrək Azərbaycanın inkişafı ilə bağlı eşitdiklərinin əyani şahidi olmaq və Nizami Gəncəvi irsinin bərpası üçün görülmüş təşəbbüsləri görmək istədiyini deyib. Ukrayna paytaxtı Kiyevdə isə keçmiş prezident Leonid Kuçma ilə baş tutan maraqlı görüşdə tədbirin əhəmiyyəti, forumda müzakirə olunacaq mövzular, onların region üçün aktuallığı ilə bağlı fikri mübadiləsi aparılıb. Qeyd edək ki, forumun işində Latviya, Litva, Estoniya, Finlandiya, İsveç, İspaniya, Almaniya, Ukrayna, Polşa, Moldova, Albaniya, Rumıniya, Bolqarıstan, Andorra, Türkiyə, Yunanıstan, Serbiya, Qırğızıstan, İordaniya, İsrail, Misir, Liviya, Portuqaliya, Hindistan, Pakistan, İtaliya kimi ölkələrin sabiq ölkə və hökumət rəhbərlərinin iştirakı nəzərdə tutulub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info