Ağsu rayonunda 42 mindən çox sakin müayinə olunub
Tarix: 27.03.2014 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin ölkə əhalisinin hamılıqla pulsuz tibbi müayinədən keçirilməsi ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar Ağsu rayonunda da uğurla icra olunur. Belə ki, indiyədək rayon üzrə 75 min 85 nəfərdən 42 min 13 nəfəri müayinə olunub, 168 nəfər stasionar müalicəyə cəlb edilib, 67 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanalara göndərilib. Tibbi müayinələr mərkəzi rayon və Kalva kənd xəstəxanalarında, habelə 7 kənd həkim məntəqəsində aparılır. Qaraqoyunlu kənd həkim məntəqəsinin müdiri Faiq Umbayev bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə təcrübəli həkimlərdən ibarət briqada mütəmadi olaraq məntəqədə və ya evlərdə sakinləri hərtərəfli yoxlamadan keçirir, ehtiyac olduqda müalicəyə cəlb edir. Qrafik üzrə Qaraqoyunlu və ətrafdakı 6 kəndin 3500 sakini burada tibbi müayinədən keçməlidir. Artıq onlardan 2500 nəfəri müayinə olunub.
Sakinlər aksiyanın təşkilindən olduqca razıdırlar. Qaraqoyunlu kənd həkim məntəqəsinə müayinə olunmağa gəlmiş Muradlı kənd sakini Sehrayə Hümbətova əhalinin sağlamlığının qorunmasına yönəlmiş kampaniyanın təşəbbüskarı Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək, bunu vətəndaşlara göstərilən diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info