Bakıda Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı keçiriləcək
Tarix: 27.03.2014 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Bakıda dünyanın aparıcı neft-qaz şirkətləri və Xəzəryanı ölkələrin neft-qaz sahəsini əhatə edən dövlət qurumlarının nümayəndələrinin görüşü keçiriləcək.
Aprelin 28-29-da baş tutacaq görüşün məqsədi regionun neft-qaz infrastrukturunun inkişafı perspektivlərini müzakirə etməkdir. VII Xəzər neft-qaz ticarət-nəqliyyat Konfransı Azərbaycan Dövlət Neft Akademiyası və Böyük Britaniyanın «Confidence Capital» şirkətinin təşkilatçılığı ilə keçiriləcək. Konfrans regionun neft-qaz, neft məhsulları və nəqliyyat dəhlizləri haqqında aktual məlumatları özündə birləşdirir. Həmçinin, konfransda regional xüsusiyyətləri, konyunkturası, nəqliyyat infrastrukturunun inkişafı tendensiyalarını nəzərə alaraq, ticarət əməliyyatlarının aparılması barədə təcrübə məsləhətlərinin verilməsində xüsusi rola malikdir. Konfrans çərçivəsində karbohidrogenin hasilatının artımı, neft-kimya və qaz məhsullarının inkişafı, regionda yeni enerji layihələrinin inkişafı, həmçinin neft-kimya məhsullarının hasilatı, daşınması və emalı kimi mövzular müzakirə olunacaq. Konfransda regionun nəqliyyat infrastrukturunun inkişafı – boru-kəmər layihələri, dəmir yolu infrastrukturu və dəniz daşınması ilə bağlı mütəxəssislərin apardıqları analizlər təqdim olunacaq. Konfransın gedişində Xəzər nefti, neft məhsulları və təbii qazı üçün ixrac marşrutları, Mərkəzi Asiya regionunun neft və neft məhsulları bazarı, Xəzəryanı ölkələrin neft emalı və neft-kimya sahəsinin inkişaf perspektivləri və digər məsələlər müzakirə olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info