Avropa Komissiyası: “Azərbaycanla enerji sahəsində strateji əməkdaşlıq güclənib”
Tarix: 27.03.2014 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Avropa Komissiyası Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycana dair tərəqqi hesabatını dərc edib.
Avropa İttifaqının rəsmi saytının verdiyi məlumata görə, Azərbaycana dair hesabatda ölkənin 2013-cü ildə əldə etdiyi tərəqqi və islahatlar, növbəti il üçün tövsiyələr yer alır.
Hesabatda deyilir ki, 2013-cü il Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli münasibətlərdə həlledici il olub. Hesabatda viza rejiminin sadələşdirilməsinə dair saziş və mobillik üzrə tərəfdaşlıq sazişinin imzalanmasının Aİ-Azərbaycan əlaqələrinin daha da inkişafında rolu vurğulanıb. Qeyd olunub ki, tərəflər arasında assosiasiya sazişi və strateji tərəfdaşlığa dair saziş üzrə danışıqlar davam edib: "Energetika sahəsində də əməkdaşlıq davam etdirilib. Azərbaycanla enerji sahəsində strateji əməkdaşlıq güclənib və Avropanın enerji təhlükəsizliyini təmin edəcək "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üzrə addımlar atılıb".
Hesabatda Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan Minsk prosesində il ərzində durğunluq müşahidə olunub.
Sənəddə Azərbaycan və Ermənistan prezidentlərinin noyabrda baş tutan görüşü qeyd olunub və bildirilib ki, bu görüşdə prezidentlər münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirmək və növbəti dəfə görüşmək qərarına gəliblər.
Hesabatda həmçinin bildirilir ki, 2014-cü ilin əvvəlində qoşunların təmas xəttində gərginlik yaşanıb. Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərinə davamlı sülhə nail olmaq üçün tam dəstək verməyə davam edib.
Avropa Kommisiyasının hesabatında qeyd olunub ki, Azərbaycan 2012-ci il üzrə tərəqqi hesabatında göstərilən tövsiyələrə əməl edərək korrupsiya ilə mübarizəyə qarşı tədbirlər görüb.
Avropa Komissiyası Azərbaycana bir sıra tövsiyələr verib. Komissiya ölkəni Avropa Şurası Parlament Assambleyasının öhdəliklərin yerinə yetirilməsinə dair 2013-cü il yanvar ayında qəbul edilmiş qətnaməsinin səmərəli və hərtərəfli həyata keçirilməsini təmin etməyə, 2011-ci ilin dekabr ayında qəbul olunmuş insan hüquqlarına dair fəaliyyət planının icrasını davam etdirməyə, məhkəmə islahatını davam etdirməyə və 2014-2020-ci illər üzrə Məhkəmə İslahat Proqramını qəbul etməyə, iqtisadi diversifikasiya və regionların inkişafı siyasətini davam etdirməyə, enerji sahəsində Anlaşma Memorandumu çərçivəsində 2013-2014-cü illər üçün planlaşdırılan tədbirlərin həyata keçirilməsinə, Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin götürdüyü öhdəliklərə uyğun olaraq Madrid prinsipləri üzrə saziş istiqamətində səylərini artırmağa, gərginliyin artması və sülh prosesini sarsıda biləcək fəaliyyət və bəyanatlardan çəkinməyə, münaqişənin həllində irəliləyişə nail olmaq üçün əlverişli şəraitin yaradılması, sülhün bərqərar olması üzrə tədbirlərin təşviq edilməsinə və dəstək göstərilməsinə çağırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
“Tarixi reallıqları deməkdən çəkinməməliyik“
05.06.2020
“Onsuz da çətin vəziyyətdəyik“
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”
03.06.2020
Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
3 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
4 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
5 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info