Çingiz Quliyev: “Layiqli bir siyasətçi kimi yetişib, Vətənə qayıdacağıma inanıram”
Tarix: 27.03.2014 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


“Palitra”nın xaricdə təhsil alan tələbələrlə bağlı rubrikasının budəfəki qonağı Çingiz Quliyevdir. Çingiz Şimali Kipr Türk Cümhuriyyətində ali təhsil almaqla yanaşı ölkəmizi burada lazımi səviyyədə təbliğ edən və ictimai işlərdə daim aktivlik göstərən öncül gənclərdəndir. Bu aktiv, savadlı və istedadlı tələbəmizlə olan müsahibəni oxuculara təqdim edirik.
- Çingiz, özünüz barədə məlumat verərdiniz.
- Mən - Quliyev Çingiz 1992-ci ildə Naxçıvanın Ordubad rayonunda dünyaya gəlmişəm. Orta təhsilimi Əkbər Ağayev adına 3 nömrəli orta məktəbdə almışam. Mənim siyasətə olan marağım orta məktəbdə oxuduğum zaman ailədə atamla birlikdə gündəlik siyasi xəbərləri izləyib, onunla müzakirələr aparan zamanlardan yaranıb. Bununla, həm də siyasi biliklərimi inkişaf etdirməyə çalışırdım. Siyasət, həyatımızın əsas istiqamətlərindən biridir və həyatımızın yönləndirilməsində böyük rol oynayır. Məktəbi bitirməyimə az qalmış xaricdə bu sahədə oxumağın mükəmməl bir seçim olduğunu düşündüm və ailəmin də mənəvi dəstəyi ilə hazırda Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin dördüncü kurs tələbəsiyəm. Burada öz işində, məşğul olduqları sahədə uğur qazanmış professorlardan dərs alır, onların öyrətdiklərini yaxşı mənimsəməyə çalışıram. Bununla da, layiqli bir siyasətçi olaraq yetişib Vətənə qayıdacağıma inanıram.
- Təhsil və fəaliyyətiniz barədə hansı maraqlı nüansları vurğulamaq istərdiniz? Ümumiyyətlə, tələbələrimiz ictimai işlərdə də aktiv olurlarmı?
- Nəzərə çatdırmaq istəyirəm ki, universitet həyatı təkcə dərs oxumaqdan ibarət deyil. Mən hələ orta məktəbdə oxuduğum vaxtda məktəblərarası təşkil olunan bir çox yarışlarda iştirak etmiş, idman sahəsində bir sıra nailiyyətlər əldə etmişəm. Universitetə qəbul olduğum zaman da bu aktivliyimi qorumağa çalışmışam, çünki burada oxuyan hər bir azərbaycanlı individual olaraq Azərbaycanı təmsil edir. Fərd olaraq borcumuz Vətənimizi layiqincə təmsil etməkdir. Bu, bizim ən şərəfli vəzifələrimizdən biridir ki, biz də bunu sevə-sevə etməyə çalışırıq. Hazırda, sözügedən sahədə müəyyən səylər göstərilməkdədir. Xaricdə oxumağın ən böyük üstünlüklərindən biri müxtəlif ölkələrdən olan tələbələrlə birlikdə oxumaqdır. DAU da bu universitetlərdən biridir və 80-dən çox müxtəlif ölkə vətəndaşı burada təhsil alır. Burada oxuyan azərbaycanlı tələbələrlə birlikdə ölkəmizin tarixi, qanlı günləri, siyasi, elmi və iqtisadi inkişafı barədə öz lobbiçilik fəaliyyətimizi həyata keçiririk. Əlavə olaraq, burada təhsil alan bütün azərbaycanlı tələbələr 1994-cü ildə yaradılmış "Azərbaycan Tələbə Cəmiyyəti"nin üzvdür. Cəmiyyətin əsas vəzifələrindən biri Azərbaycanın dövlət səviyyəli, rəsmi günlərini qeyd edən tədbirlər təşkil etməkdir. Ondan ziyadə cəmiyyət müxtəlif mövzularda layihələr, konfranslar, seminarlar, təlimlər, illik panel və forumlar, Azərbaycan mədəniyyət gecələri həyata keçirir. Mən də təhsil aldığım illərdə bu cəmiyyətdə əvvəl könüllü şəkildə, sonra da baş katib vəzifəsində çalışmışam. Biz azərbaycanlı tələbələr olaraq, bu kimi tədbirlərin və layihələrin təşkil olunub, həyata keçməsi üçün lazımi maddi və mənəvi fədakarlıqları edir, aktiv fəaliyyət göstəririk. Bizim üçün vacib olan amil Azərbaycan həqiqətlərini dünya miqyasında tanıtmaq və dövlətçilik istiqamətində çoxşaxəli fəaliyyət göstərməkdir.
- Başqa hansısa uğur və ya nailiyyətləriniz olubmu?
- Əldə etdiyim nailiyyətlərdən biri də Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin "Yüksək Şərəf" tələbəsi olmağımdır. Öz sahəmdə biliklərimi daha da genişləndirmək üçün 2011-2013-cü illərdə "Beynəlxalq əlaqələr klubu"nun rəhbəri olmuşam. Bu klub vasitəsi ilə bir çox konfranslar və müxtəlif fəaliyyətlər təşkil edərək, müxtəlif siyasətçilərlə görüşlər təşkil etmişik. Onların siyasətdəki təcrübələrini öyrənərək özümü daim inkişaf etdirməyə çalışır, digər tələbələrin də bu kimi imkanlardan faydalanmasına kömək edirəm. Hazırda Siyasi elmlər və beynəlxalq münasibətlər bölümünün tələbə şurasında təmsilçisiyəm. Qeyd edim ki, bu gün dünyada baş verən hadisələrlə bağlı ictimai-siyasi məsələlər haqqında bir neçə araşdırma yazısının müəllifiyəm. Bu yazıların əhatə sahəsi geniş spektrli hesablanmasına rəğmən, maksimum dərəcədə analitik faktorlara üstünlük vermişəm.
- Gələcəyin perspektivli siyasətçisi kimi ölkəmizdəki siyasi durumu necə dəyərləndirirsiniz?
- Prosesləri gənc siyasətçi kimi analiz etdikdə ölkəmizdə son 20 ildə inanılmaz irəliləyişin mövcudluğunu müşahidə edirik. SSRİ-nin süqutundan sonra onun tərkibində olan digər dövlətlər kimi Azərbaycanda da istər siyasi, istərsə də iqtisadi-sosial həyatda bir xaos yarandı. Hazırda azad və demokratik olan Azərbaycan indiki halına birdən-birə gəlib çatmayıb. Müstəqilliyi uğrunda ağır və mürəkkəb yollardan keçib, qarşısına çıxan bütün maneələri fədakarcasına dəf edib. Müstəqilliyimizin təməlini xalqının və ölkəsinin azadlığı ilə yaşayan ulu öndər Heydər Əliyev qoyub. Ulu öndərin rəhbərliyi ilə ölkənin daxili və xarici siyasətinin inkişafı yolunda ciddi addımlar atılıb.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin başçılığı ilə ölkəmizdə yeni iqtisadi siyasət strategiyası həyata keçirilir. Xarici İşlər Nazirliyində respublikamızın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin başçıları ilə görüş keçirilib, Azərbaycanın xarici siyasəti, onun qarşısında duran əsas istiqamətləri müəyyənləşdirilib. Bu istiqamətlərə Azərbaycanın inkişafı, nailiyyətləri barədə dünya birliyini ətraflı məlumatlandırmaq, xaricdəki diasporumuzu, lobbimizi fəallaşdırmaq, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin milli maraqlarına uyğun nizamlanması üçün müasir təbliğat metodları ilə çevik diplomatik iş aparmaq və digər məsələlər aiddir. Sadalanan və digər mühüm xarici siyasət vəzifələrinin uğurla həyata keçirilməsi ölkəmizi beynəlxalq rəqabət meydanına deyil, əməkdaşlıq məkanına çevirməkdədir. Apardığım araşdırmalarda əsasən, gənc bir siyasətçi baxışı ilə deyə bilərəm ki, müstəqil Azərbaycan qısa müddətdə siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanıb. Əsrin əvvəllərində ölkəmizdə aparılan genişmiqyaslı islahatların dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaradıb. Azərbaycan 2000-ci ilin sentyabrında 189 üzv-ölkə ilə birgə BMT sammitində 2015-ci ilədək insanların yaşayışında fərqlilik yaratmaq üçün Minilliyin Bəyannaməsini qəbul edib. Minilliyin İnkişaf Məqsədlərinə daxil olan bir çox ölkə üzərində apardığım araşdırmadan çıxardığım nəticəyə görə, Azərbaycanın iqtisadi, siyasi, sosial həyatında nəzərəçarpacaq qədər böyük bir inkişafın şahidi oldum. Azərbaycanda sosial problemlərin səmərəli həllində böyük irəliləyiş olub, əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulub. Respublikanın iqtisadi potensialı artdıqca səhiyyənin inkişafı üçün əlverişli şərait yaranıb və əhalinin sağlamlığının qorunması üçün müəyyən tədbirlər həyata keçirilib. Son illərdə təhsil sahəsində qəbul olunan qərarların həyata keçirilməsi də ölkəmizin modernləşdirilməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətlə bağlıdır. Ümumilikdə müstəqillik illərində dövlət siyasətinin əsas prioriteti iqtisadi sosial və siyasi sahədə inkişafa istiqamətlənib və bu da bizim üçün təqdirəlayiq bir haldır.
- Gələcək fəaliyyətinizi hansı istiqamət üzrə reallaşdırmağı planlaşdırırsınız?
- Fəaliyyət sferamın başlıca devizi budur ki, "Mən bura bir qığılcım kimi gəlmişəm, alov olaraq geri dönəcəyəm!". Xaricdə təhsil alan tələbələrimiz üçün prioritet məsələlər heç şübhəsiz birbaşa Vətənimizlə bağlı olmalıdır. Bu gün Azərbaycanı dünya miqyasında tanıtmaq eyni zamanda təmsil etmək üçün yüksək imicə sahib nümayəndələrin yetişməsi zəruridir. Buna gedən əsas yol isə təbii ki, geniş dünyagörüşünə sahib gənclərin yetişməsidir. Bu mənada xaricdə təhsil almış gənclərimizin mövcud üstünlüklərindən Vətənimiz, xalqımız üçün istifadə edərək, gələcəyi müsbət yönləndirməlidirlər.
- İlbəil xaricdə təhsil alan tələbələrimizin sayı artır. Bu duruma münasibətinizi öyrənmək istərdik. Bu gün dövlətin gənclərə qayğısını necə dəyərləndirirsiniz?
- Bir dövlətin inkişafı, onun güclənməsi bir sözlə, müasir standartlara cavab verən ölkəyə çevrilməsi sosial bazasının intellekt və savadından asılıdır. Bu kəsimin böyük hissəsini isə gənclər təşkil edir. Bu gün qlobal dünyaya baxdığımız zaman hər şey sürətlə inkişaf etməkdədir. Dünya ölkələrinə nəzər saldığımızda, öz davamlı inkişafını qoruyub saxlamağa cəhd edən ölkələrin, elm və təhsilə xüsusi diqqət və qayğı göstərdiyini görə bilərik. Azərbaycanı müşahidə etdikdə isə aydın şəkildə görərik ki, elm-təhsil sahəsində inkişaf prosesləri intensivləşib. Müxtəlif sahələrdə yeni iş yerlərinin açılması, regionların inkişaf səviyyəsindəki fərqlərin aradan qaldırılması və iqtisadiyyatın yeni infrastrukturunun formalaşdırılması məqsədi ilə hökumət tədbirlər həyata keçirsə də, bu gün Azərbaycanın ali təhsil müəssisələrinin imkanlarının məhdudluğu bir sıra ixtisaslar üzrə kadr çatışmazlığı problemini ortaya çıxarıb. Bunun üçün də dövlətimiz bir sıra islahatlar keçirərək təhsil sistemimizin yaxşılaşması və gənclərimizin xarici ölkələrə inteqrasiyasını artırmaq üçün əlindən gələni əsirgəmir. Buna misal olaraq, bu gün azərbaycanlı gənclərin xarici ölkələrin müxtəlif ali təhsil ocaqlarında təhsil almasını göstərə bilərik. Hətta ölkədə bu istiqamətdə qəbul edilən dövlət proqramı gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar açır. Xaricdə təhsil almanın ən vacib məqamlarından biri isə hər bir azərbaycanlının təhsil aldığı ölkədə xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət-ənənələrinin təbliğatçıları olmasıdır. Xaricdə təhsil alan gənclərimizin say etibarı ilə çoxluğu ilk növbədə sosial bazamızı gücləndirir. Bundan başqa özəl missiya isə savadlı və geniş imkanlara sahib gəncliyin formalaşmasıdır ki, xaricdə təhsil alan qisim bu mənada şanslıdırlar. Belə ki, ölkədaxili təhsillə kifayətlənməyib əlavə tədris, təlim kursları keçən tələblərimiz xarici ölkələrdə layiqli təmsilçilərimiz olaraq adımızı yüksəklərə qaldırmalıdır. Onların xaricdəki fəaliyyətləri də Vətənimiz üçün hesablanmalı, gələcəyimizin qarantına çevrilməlidir. İstər ölkə nəzdində, istər xaricdə təhsil alan gənclərimizə möhkəm iradə, Vətənimiz üçün birlik nümayiş etdirmələrini diləyirəm.
- Xaricdə təhsil almış tələbə kimi bu istəkdə olan gənclərə tövsiyələriniz nə ola bilər?
- Harada və necə təhsil almağından asılı olmayaraq, hər bir azərbaycanlı yaşadığı milli-mənəvi dəyərlərə bağlı olmalı, Vətəni layiqincə təmsil etməlidir. Bunun üçün də çox çalışmalı, bizə inananların ümidi boşa çıxarmamalıyıq. Nəzərə alınması zəruri olan məqamlardan biri də, fərd və ümum məramlar məqamını ayırd edə bilməkdir. Belə ki, unutmamalıyıq ki, bəzən fədakarlıq edərək ümdə dəyərləri, xalqımızın maraqlarını şəxsi istəklərimizdən üstün tutmalıyıq. Bu yolda hər birimizə uğur diləyirəm. Unutmamalıyıq ki, tarixi eramızdan əvvələ dayanan qədim elin övladlarıyıq. Sahib olduğumuz genlər bizi daim mücadilə ruhunda tərbiyələndirərək, gələcəyimizə nikbin baxışı təmin edəcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info