Konqresmen Stiv Stokman: “Azərbaycan etibarlı tərəfdaşdır”
Tarix: 27.03.2014 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Vaşinqtonda Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində “ABŞ ilə Azərbaycan arasında iqtisadi tərəfdaşlıq: inkişaf perspektivləri” mövzusunda qəbul-brifinq keçirilib. Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuş tədbirdə konqresmen Stiv Stokman da iştirak edib. Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova tədbiri açaraq konqresmeni auditoriyaya təqdim edib.
Stiv Stokman bu qəbulun təşkilinə görə Amerika-Azərbaycan Ticarət Palatasına təşəkkürünü bildirərək öz seçki dairəsi barədə məlumat verib. Sonra ABŞ Konqresinin üzvü beynəlxalq siyasətdə müasir vəziyyət, o cümlədən Amerika-Azərbaycan münasibətləri barədə söhbət açıb, Vaşinqtonla onun müttəfiqləri arasında əlaqələri möhkəmləndirməyin zəruri olduğunu söyləyib. “Heç şübhəsiz, belə ölkələrdən biri Azərbaycandır” - deyən konqresmen Azərbaycanın etibarlı tərəfdaş kimi əhəmiyyətini vurğulayıb. Əvvəllər Azərbaycanda olmuş S.Stokman Prezident İlham Əliyevin müdrik siyasətini, azad bazar münasibətlərinin möhkəmlənməsində və iqtisadiyyatın sürətli inkişafında onun rolunu qeyd edib.
Natiq Azərbaycanın ABŞ ilə sıx əməkdaşlığa sadiq olmasını bildirərək deyib: “Azərbaycan elə ölkədir ki, orada bizim xüsusi marağımız olmalıdır”. Konqresmen Stokman qəbulda iştirak edən şirkətlərin nümayəndələrini Azərbaycanla sıx işgüzar münasibətlər yaratmağa çağırıb. O, Azərbaycanın neft-kimya sənayesinin nümayəndələrini öz seçki dairəsinə dəvət edərək, bildirib ki, 87 neftayırma zavodunun yerləşdiyi bu dairə işgüzar əməkdaşlıq üçün əlverişli imkanlara malikdir. Konqresmen tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib.
Qəbulda Vaşinqtonun işgüzar və siyasi dairələrinin nümayəndələri iştirak edib. Xatırladaq ki, ABŞ Konqresinə Respublikaçılar Partiyasından seçilmiş Stiv Stokman Texas ştatının 36-cı seçki dairəsini təmsil edir.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Polşanın cənubunda Gevont dağ massivində ildırım bir qrup turisti vurub. Trend-in məlumatına görə, təbiət hadisəsi nəticəsində bir neçə turist həlak olub. Onlarla şəxs xəsarət alıb. Ölən və xəsarət alanların dəqiq sayı hələlik açıqlanmır. Qeyd olunur ki, hadisə yerində xilasedicilər işləyir.
22.08.2019
“Allahşükür Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır”
22.08.2019
Əliməmməd Nuriyev: “Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal və qətiyyətli şəkildə bu avantürist təşəbbüsün qarşısını almalıdır”
22.08.2019
“Din və etiqad azadlığının qorunması üçün tədbirlər görülməlidir”
21.08.2019
“Xalqımıza qarşı xarici təbliğata və təsirlərə qarşı vahid cəbhədə birləşmək vacibdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info