Sərhədçilərin xidmət şəraiti yaxşılaşdırılıb
Tarix: 27.03.2014 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantları üçün “Azərbaycanın sərhəd mühafizəsi: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda təqdimat keçirilib.
Təqdimatda çıxış edən DSX rəisi, general-leytenant Elçin Quliyev Azərbaycan sərhəd mühafizəsinin təşəkkülü və formalaşması, milli sərhəd mühafizə qüvvələrinin keçdiyi inkişaf yolu, dövlət sərhədlərinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər, hazırda həyata keçirilən tədbirlər və Dövlət Sərhəd Xidmətinin gələcək inkişaf istiqamətləri barədə məlumat verib. Təqdimatda qeyd olunub ki, ötən dövrdə Dövlət Sərhəd Xidmətinin aparatı, Naxçıvan sərhəd diviziyasının, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələri qarnizonlarının, «Sərhədçi» İdman-Olimpiya kompleksinin, Abşeron rayonunun Görədil qəsəbəsində “Sərhədçi” istirahət mərkəzinin, Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksinin, DSX Akademiyasının, Bakı şəhərinin Nərimanov rayonunda 1 ədəd 48 mənzilli, 3 ədəd 88 mənzilli yaşayış binaları, sərhəd xətti boyu 109 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilib, 1747 mənzildən ibarət 115 yaşayış bina­sı­ xidməti istifadəyə verilib. E. Quliyev Azərbaycanın dövlət sərhədləri yaxınlığında mövcud olan əməliyyat şəraiti, Dövlət Sərhəd Xidmətində həyata keçirilən ştat-struktur islahatları, hərbi qulluqçuların sosial məişət problemlərinin həlli istiqamətində görülən işlər, dəniz sərhədlərinin mühafizəsi və beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi barədə də kursantlara məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info