Daha bir vaqonqayırma zavodu inşa edilə bilər
Tarix: 28.03.2014 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda daha bir vaqonqayırma zavodunun inşası nəzərdə tutulub. Bununla bağlı hazırda Rusiyanın «Uralvaqonzavod" (UVZ) ASC Elmi-İstehsalat Korporasiyası ilə danışıqlar aparılır. Bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. N.Əzməmmədovun sözlərinə görə, danışıqlar zamanı təkliflərdən biri müəssisənin 2015-ci ildə fəaliyyətə başlaması ilə bağlı olub:
«Bu müəssisədə oturacaq və yataq tipli vaqonların istehsal edilməsi təklif olunur». Rusiya şirkəti Azərbaycanda ildə 2 min ədəd vaqon istehsal edə biləcək vaqonqayırma zavodunun tikintisini planlaşdırır. Müəssisə yük vaqonlarının altı modelini, o cümlədən yarımvaqon, sisternə, xopper (yükü özüboşaldan vaqon) istehsal etmək niyyətindədir. «Uralvaqonzavod» layihədə 50% iştirak payına sahib olmaq istəyir və bu halda hər iki tərəfin investisiya yatırımı 20-30 mln. avro təşkil etməlidir. Rusiya ekspertləri hesab edirlər ki, bu müəssisənin işə düşməsi Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istismarı üçün də faydalı olacaq: «Azərbaycanın vaqon parkı köhnəlib, hər il 1,5 min vaqonun dəyişdirilməsinə ehtiyac var. Bundan başqa, birgə müəssisənin məhsullarının həmçinin Gürcüstan və Türkiyəyə da ixracı planlaşdırılır». Qeyd edək ki, «Uralvaqonzavod» ASC hərbi texnika, yol-tikinti maşınları, dəmiryolu vaqonlarının istehsalı ilə məşğul olur. Xatırladaq ki, hazırda Gəncə şəhərində yeni vaqon istehsalı zavodunun inşası planlaşdırılır. Burada həm yeni müasir vaqonların istehsalı, həm də köhnə vaqonların əsaslı təmirini həyata keçirmək mümkün olacaq. Bu layihə hazırlanma mərhələsindədir və yaxın aylarda onun reallaşdırılmasına başlanıla bilər. Hazırda zavodun tikintisi ilə əlaqədar İsveçrənin «Stadler» şirkəti ilə danışıqlar aparılır.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info