Braziliya parlamenti internet haqqında qanun qəbul edib
Tarix: 28.03.2014 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Braziliya parlamenti internet haqqında “Marco Civil bill” adlanan qanun layihəsini qəbul edib. Sənəd Federal Senata müzakirəyə göndərildikdən sonra ölkə prezidenti Dilma Rusef tərəfindən təsdiq edilməlidir. Məqsəd internet istifadəçiləri və provayderlərinin hüquqlarını qorumaq, şəbəkə neytrallığı prinsiplərini təmin etmək və açıq hökumətin inkişafına zəmin yaratmaqdır.
“Therunet.com” saytı xəbər verir ki, sənəd üzərində iş 2009-cu ildən Braziliya Ədliyyə Nazirliyi və Hüquq Universiteti nəzdindəki Texnologiya və Cəmiyyət Mərkəzi tərəfindən aparılıb. 2011-ci ildə qanun layihəsi hökumət və prezident tərəfindən təsdiq edilsə də, Milli Konqres son nəticədə onu qəbul etməmişdi. Sənədin məzmunu ilə bağlı mübahisələr iki ildən artıq davam edib.
ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden internet istifadəçilərinin Milli Təhlükəsizlik Agentliyi tərəfindən izlənməsi ilə bağlı açıqlamalar verdikdən sonra prezident Dilma Rusef qanunu Braziliya hökuməti üçün prioritet elan edib. Prezident hökuməti qanunu tezliklə qəbul etməyə çağırsa da, proses yenidən yarım ildən çox yubadılıb.
Bu, qismən onunla əlaqədar idi ki, prezident təkid edirdi ki, qanun xarici şirkətlər qarşısına Braziliya abunəçilərinin bütün məlumatlarının ölkə ərazisində fəaliyyət göstərən serverlərdə saxlanmasına öhdəlik qoysun. İnternet sənayesi bu təşəbbüsə qarşı kəskin etirazını bildirdiyindən hökumət ondan imtina etməli olmuşdu.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info